Əsas səhifə » Ərdoğan ilə Berdiməhəmmədov arasında telefon danışığı baş tutub

Ərdoğan ilə Berdiməhəmmədov arasında telefon danışığı baş tutub

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistanın Milli Lideri və Halq Məsləhəti Başçısı Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslər müzakirə edilib.

Ərdoğan, iki ölkə arasındakı əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin daha yüksək səviyyəyə qaldırılması və münasibətlərə sabit institusional çərçivənin qazandırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Ərdoğan söhbət zamanı Berdiməhəmmədovun doğum gününü də təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice