BAKI, AzerVoice
Bu gün 49 min 56 evi sahiblərinə təhvil veririk.
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan tərəfindən inşa edilən “Azərbaycan məhəlləsi” də daxil olmaqla, zəlzələdən zərər çəkmiş bölgələrdə 49 min 56 evin və iş yerinin sakinlərinə təhvil veriləcəyini açıqlayıb.
Prezident bu barədə sosial şəbəkə hesabında paylaşdığı
açıqlamada qeyd edib.
“Bu gün zəlzələ bölgəmizdə Can Azərbaycanın dəstəyi ilə tikilən
Azərbaycan məhəlləmizdəki evlər də daxil olmaqla 49 min 56 iş yeri
və evi haqq qardaşlarımıza təhvil veririk. Beləliklə, təhvil
verdiyimiz evlərin ümumi sayı 250 minə çatır”- deyə o qeyd
edib.
Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub bölgəsində baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycan dərhal humanitar yardım göstərmiş və Kahramanmaraşda xüsusi yaşayış məhəlləsi inşa etməyi öhdəsinə götürmüşdü.