Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib

    15 Sentyabr 2025 13:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    AzerVoice xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edib, əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

    Daha sonra hər iki qardaş ölkənin Baş Qərargah rəisləri Türk Şəhidliyinə gələrək abidə önünə əklillər qoyub, Bakının azad olunması uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsini hörmətlə yad ediblər.

    Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Türkiyəli qonaq protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

    Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının dostluq münasibətləri nəticəsində daha da inkişaf etdiyini qeyd edib. Türkiyənin hər zaman ölkəmizə dəstəyini yüksək qiymətləndirən nazir 15 sentyabr - Bakının daşnak-bolşevik işğalından azad edilməsi gününün xalqımız üçün tarixi əhəmiyyətinə toxunub.

    Müdafiə naziri ordu generalı S.Bayraktaroğlunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

    Ordu generalı S.Bayraktaroğlu öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət töhfələr verdiyini qeyd edib.

    Səfər çərçivəsində hər iki ölkənin Baş Qərargah rəisləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunda tətbiq edilən yeniliklərdən danışan general-polkovnik K.Vəliyev ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.

    Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    Keçirilən görüşlərdə hərbi əməkdaşlığın yeni perspektivləri, regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib
    #Türkiyə #Azərbaycan #Türkiyənin Milli Müdafiə nazirliyi #Bakı #Zakir Həsənov #Ankara #Müdafiə Nazirliyi #Azərbaycan Ordusu #Kərim Vəliyev #Selçuk Bayraktaroğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şuşada Zəfər Gününün 5 illiyi münasibətilə hərbi yürüş keçirilib

    6 Noyabr 2025 11:55

    Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib

    6 Noyabr 2025 10:55

    Bakıda Zəfər yürüşü keçirilir

    6 Noyabr 2025 10:18

    6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü

    6 Noyabr 2025 10:06

    Hakan Fidan Finlandiya Parlamentində çıxış edib

    6 Noyabr 2025 04:00

    Çempionlar Liqasında tarixi oyun - Qarabağ – Çelsi matçı heç-heçə bitdi

    5 Noyabr 2025 23:42

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    5 Noyabr 2025 22:46

    Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib

    5 Noyabr 2025 17:34

    Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya işgüzar səfərə gedib

    5 Noyabr 2025 17:09

    Azərbaycan və Rumıniya milli xəbər agentlikləri arasında əməkdaşlıq müzakirə olunub

    5 Noyabr 2025 16:59

    Ankara Sosial Elmlər Universitetində partlayış baş verib

    5 Noyabr 2025 16:58

    Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində keçiriləcək

    5 Noyabr 2025 16:33
    Demo
    XƏBƏR LENTİ

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    Şuşada Zəfər Gününün 5 illiyi münasibətilə hərbi yürüş keçirilib

    Türkiyənin hazır geyim ixracı 14 milyard dolları keçib (ÖZƏL)

    Xankəndidə Zəfər Gününə həsr olunan hərbi yürüş keçirilib

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    Şeyxa Moza BMT Baş katibinin müavini ilə görüşüb

    Filippində tayfun fəlakəti nəticəsində ölənlərin sayı artıb

    Fənərbaxça Avropa Liqasında səfərdə Viktoriya Plzenlə qarşılaşacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.