BAKI, AzerVoice
Novruz türk dünyasının ortaq bayramı kimi rəsmiləşdirilib.
AzerVoice xəbər verir ki, Prezident
Rəcəb Tayyib Ərdoğan Novruzun Türk dünyasının ortaq mədəni dəyəri
kimi birlikdə qeyd edilməsini təklif edib.
Bu təşəbbüs çərçivəsində Novruz bayramı artıq Türk Dövlətləri
Təşkilatının (TDT) damı altında ortaq anma və qeyd etmə günü kimi
qeyd olunacaq.
Ərdoğanın bu təklifi Türk dünyasında mədəni inteqrasiyanı və həmrəyliyi gücləndirmək məqsədi daşıyır. Novruzun ortaq bayram kimi tanınması həm də ortaq tarixi və dəyərlərin yaşadılması baxımından mühüm addım hesab olunur.
Qeyd edək ki, Novruz qədim türk və şərq xalqlarının yazın gəlişi və təbiətin oyanışını qeyd etdiyi ənənəvi bayramdır. Hazırda bu bayram bir çox Türk dövlətində rəsmi təqvimdə yer almaqdadır.