BAKI,AzerVoice
Azərbaycandan ölkəmizə qayıdan Türkiyə hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirləri Türkiyə tərəfindən Gürcüstan tərəfi ilə birlikdə yaxından izlənir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsində məlumat verib.
O bildirib: “Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə və yaxınlarına səbr diləyirəm. Əziz millətimizin başı sağ olsun.”
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.