Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədə əmək bazarında müsbət dinamika: İşsizlik azaldı, məşğulluq artdı

    29 Aprel 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyədə 2025-ci ilin mart ayına olan rəsmi məlumatlara görə, işsizlik göstəricisi bir əvvəlki ayla müqayisədə 0,3 faiz azalaraq 7,9 faizə düşüb. Bu göstərici 2005-ci ildən bəri qeydə alınan ən aşağı səviyyə olmaqla yanaşı, son 20 ildə ilk dəfə 8 faizin altına enib. Eyni zamanda, işsizlik səviyyəsi son 23 ay ərzində tək rəqəmli səviyyədə sabit qalıb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumat verib.

    Əsasən, mart ayında 15 yaş və üzəri işsizlərin sayı 65 min nəfər azalaraq 2 milyon 807 min nəfər təşkil edib.

    Eyni dövrdə məşğul əhalinin sayı 391 min nəfər artaraq 32 milyon 597 min nəfərə çatıb. Nəticədə məşğulluq nisbəti 0,6 faiz yüksələrək 49,2 faiz olub. Bu göstərici kişilər üçün 66,9 faiz, qadınlar üçün isə 31,9 faiz səviyyəsində qeydə alınıb.

    Əmək bazarında iştirak edənlərin ümumi sayı 35 milyon 404 min nəfər olub. Əmək bazarına qatılım nisbəti 53,4 faiz təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 0,4 faiz artım deməkdir.

    Gənc əhali arasında (15-24 yaş arası) işsizlik 0,1 faiz artaraq 15,1 faizə çatıb. Bu yaş qrupunda kişilərdə işsizlik 11 faiz, qadınlarda isə 22,6 faiz olaraq qiymətləndirilib.

    Digər göstəricilərə görə, işçilərin ortalama həftəlik real iş saatı 43,7 saat olub. Bu göstəriciyə işsizlər, natamam işləyənlər və işə başlamağa hazır olan, lakin aktiv şəkildə iş axtarmayan şəxslər daxildir.

    #Türkiyə Statistika Təşkilatı (TÜİK) #Türkiyə işsizlik səviyyəsi 2025 #TÜİK işsizlik statistikası #Türkiyədə məşğulluq nisbəti #Türkiyədə əmək bazarı 2025 #Türkiyə iqtisadi göstəriciləri #Gənclər arasında işsizlik Türkiyə #Türkiyədə qadın işsizliyi #Ortalama iş saatı Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00

    Avqust ayında Türkiyənin İƏT ölkələrinə ixracı 6 milyard dolları keçib (ÖZƏL)

    30 Sentyabr 2025 13:01

    Türkiyədə işsizlərin sayi artıb

    30 Sentyabr 2025 12:00

    Türkiyədə işsizlik son 5 ayın ən aşağı səviyyəsinə düşüb

    29 Avqust 2025 13:36

    Türkiyənin ixracatı rekord səviyyəyə çatıb

    28 Avqust 2025 14:02

    İyul ayında Türkiyədən Misirə dəri ixracı artıb (ÖZƏL)

    17 Avqust 2025 09:28

    Türkiyənin əhalisi 85 milyon 824 min nəfərə çatdı

    13 Avqust 2025 12:00

    Türkiyənin ən xoşbəxt şəhəri Sinop turistlərin yeni sevimlisinə çevrilib

    11 Avqust 2025 17:02

    Türkiyənin turizm gəliri ilin ikinci rübündə artıb

    31 İyul 2025 11:59

    2024-cü ildə hər 100 nəfərdən 3-ü şəhər dəyişib - TÜİK

    14 İyul 2025 12:49

    İşsizliyə qarşı mübarizə aparırıq - Yılmaz

    30 İyun 2025 14:47

    Türkiyədə işsizlik səviyəsi 8,4 faizə enib

    30 İyun 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Cared Kuşner...İvankanın əri, İsrailin ortağı və Trampın strateji tərəfdaşı

    Türkiyənin Ceyhan limanı 14 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Təqaüdçülər üçün ən cəlbedici ölkələr açıqlanıb - Avropa liderliyini qoruyur

    Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracı 42 milyon dolları keçib (ÖZƏL)

    İraq yeni seçkilərə hazırlaşır - beşinci parlament dövrü siyasi ifliclə yekunlaşır

    Türkiyədə dövlət xəstəxanası təmizlik ləvazimatları alacaq

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    Türkiyədən İrana mebel ixracı artıb (ÖZƏL)

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.