10
BAKI, AzerVoice
Gəlin birlikdə çiyin-çiyinə verək, şəhərlərimizi zəlzələyə davamlı hala gətirmək üçün birlikdə çalışaq.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıalmada bildirib.
Bununla yanaşı Ərdoğan, Türkiyədəki müxalifətin zəlzələ məsələsində necə uğursuz olduğuna diqqət çəkib.
"...Müxalifətin isə bu vəziyyətdə necə uğursuz olduğunu gördük. İndiyə qədər səbirlə və ləyaqətlə hərəkət etdik. Heç kimlə mübahisəyə girməməyə diqqət etdik. Lakin çərşənbə günündən bu yana elə böhtanlarla qarşılaşdıq ki, buna səssiz qalmaq mümkün olmur. Biz susduqca qarşı tərəf daha sərbəst və məsuliyyətsiz bir üslub istifadə edir" - deyə, Ərdoğan bildirib.