BAKI,AzerVoice
Türkiyə, İstanbulun Silivri bölgəsində baş verən 6,2 bal gücündəki zəlzələnin ardından yeni yeraltı təkanlarla sarsılıb.
AzerVoice xəbər verir ki, 25 aprel səhəri Kütahya bölgəsində ard-arda zəlzələlər baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) yaydığı məlumatlara görə, Qara dəniz açığında 3,6 bal gücündə zəlzələ baş verib.
Məlumata əsasən, zəlzələ yerin 14,06 kilometr dərinliyində baş verib və ətraf bölgələrdə də hiss olunub.
Qeyd edək ki, baş verən bu təkanlar, 23 aprel tarixində İstanbulun Silivri sahillərində qeydə alınan əsas zəlzələnin artçı sarsıntıları kimi dəyərləndirilir. Rəsmilər və mütəxəssislər vətəndaşları diqqətli olmağa və rəsmi qurumların məlumatlarını izləməyə çağırır.