Əsas səhifə » Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə son iki həftə ərzində 49 şəhərdə İŞİD-ə terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar keçirib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Əməliyyatlar Türkiyə Respublikası Baş Prokurorluqları, Milli Kəşfiyyat Təşkilatı (MİT), Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat İdarələri ilə koordinasiya çərçivəsində aparılıb.

Əməliyyatlar nəticəsində terror qruplaşması ilə əlaqəli olduğu müəyyən edilən 210 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərin İŞİD terror təşkilatı daxilində fəaliyyət göstərdiyi və təşkilata maliyyə dəstəyi verdiyi müəyyən edilib.

“Terrorizmə qarşı milli birlik və həmrəylik ən böyük gücümüzdür. Xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizəmiz qətiyyətlə davam edəcək”- deyə Yerlikaya bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice