BAKI,
AzerVoice
İstanbulda gələcək zəlzələ ehtimalı üçün evakuasiya planı
hazırlanıb, təxliyə ediləcək şəhərlər müəyyənləşdirilib.
AzerVoice xəbər verir ki, İstanbulda
baş verə biləcək böyük zəlzələyə hazırlıq məqsədilə evakuasiya
planı hazırlanıb.
Bu planda, zəlzələ qurbanlarının müvəqqəti məskunlaşacağı
vilayətlər və təxliyə nöqtələri müəyyən edilib. Daxili İşlər
Nazirliyinin rəhbərliyi altında hazırlanan plan 7,5 bal gücündəki
zəlzələlərə qarşı tədbirlər daxilində geniş nəqliyyat şəbəkəsinin
səfərbər edilməsi nəzərdə tutulub.
İstanbulda 23 təxliyə zonası yaradılacaq və evakuasiya dəniz,
dəmir yolu və aviasiya yolları ilə təmin ediləcək. Ən prioritet
sahələr arasında əlillər, qocalar, uşaqlar və qadınlar olacaq.
Zəlzələdən sonra zərərçəkənlər müvəqqəti olaraq Balıkesir,
Eskişehir, İzmir və digər vilayətlərə yönləndiriləcək. Ekspertlər,
planların sınaqdan keçirilməsinin və vaxtaşırı yenilənməsinin
vacibliyini vurğulayıb.
Qeyd edək ki, dünən İstanbulun Silivri rayonunda baş verən 6,2 bal
gücündə zəlzələ şəhərdə və ətraf rayonlarda da güclü şəkildə hiss
olunub. Hadisə nəticəsində insan tələfatı qeydə alınmasa da,
çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub.
Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.