Bakı,AzerVoice
Türkiyənin Nazirlər Kabinetinin üzvləri İsrailin TRT Arabi müxbiri Sami Berhuma hücumunu pisləyib.
AzerVoice xəbər verir ki, İsrail qüvvələri tərəfindən TRT Arabi müxbirinə edilən hücum Türkiyə nazirləri tərəfindən ciddi etirazla üzləşib.
Belə ki, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş sosial media hesabından etdiyi açıqlamada, "TRT Arabi-nin Qəzza müxbiri Sami Berhuma edilən hücum, qanunsuz işğalçı İsrailin özbaşınalığını bir daha ortaya qoydu"-deyə bildirib.
Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından etdiyi açıqlamada TRT -yə edilən hücumu şiddətlə qınadığını bildirib.
Tunç hücumda yaralanan TRT müxbiri Berhuma şəfa diləyib.
"TRT, İsrailin Qəzzada törətdiyi müharibə cinayətlərini dünyaya bəyan etməklə mühüm bir vəzifəni üzərinə götürür. Jurnalistləri sistemli şəkildə hədəf alan işğalçı İsrail, Qəzzada törətdiyi cinayətlərin dünyaya çatdırılmasının qarşısını ala bilməyəcək. Körpə qatili İsrail idarəçiləri sonunda layiq olduqları cəzanı çəkəcəklər."-deyə nazir açıqlamasında qeyd edib.
Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan sosial media hesabında etdiyi açıqlamada İsrail qüvvələrinin TRT müxbirinə hücumunu pislədiyini bildirib.
Sərhəd tanımayan bu terrorun dayandırılmalı olduğunu ifadə edən İşıkhan, "Bütün dünyanın gözü qarşısında baş verən bu vəhşiliyə qarşı beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir. Sami Berhumun tezliklə sağalmasını arzu edirəm. "-deyə açıqlamasında bildirib.
Təhsil Naziri Yusuf Tekin İsrailin hücumu ilə bağlı sosial media hesabında paylaşım edib.
"Quldur dövlət İsrail, vəhşiliklərini davam etdirir. İsrailin Qəzzadakı soyqırımı dünyaya çatdıran TRT Arabinin Qəzza müxbiri Sami Berhuma hücumunu qınayıram. Sami Berhuma şəfa diləyirəm. Bütün dünya sussa belə, Qəzzada törədilən bu qırğına qarşı insanlığın yanında olacağıq."- deyə o paylaşımında bildirib.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında hadisə ilə bağlı paylaş edib.Edilən paylaşımda hücumu ən sərt şəkildə qınadığını bildirən nazir yaralanan TRT müxbiri Sami Berhuma şəfa diləyib.

