Bakı.AzerVoice
Türkiyənin "Çelik Kubbe" layihəsinə daxil olan ASELSAN GÖKSUR Yaxın Hava Hücumundan Müdafiə Sisteminin qısa müddətdə Dəniz Qüvvələri Komandanlığının xidmətinə verilməsi hədəflənir.
AzerVoice xəbər verir ki,Türkiyənin "Çelik Kubbe" layihəsinə daxil olan ASELSAN GÖKSUR gəmi əleyhinə raketlər, silahlı/silahsız pilotsuz uçuş aparatları, qanadlı raketlər, döyüş təyyarələri və helikopterlər kimi təhdidlərə qarşı müdafiədə istifadə ediləcək.
GÖKSUR 360 dərəcə dönərək təhlükələri məhv etmə qabiliyyəti, yeni nəsil IIR axtaran idarə olunan raket və çox hədəfi tutma qabiliyyətlərinə sahib olacaq şəkildə hazırlanıb.
GÖKSUR, dəniz platformalarının hava hücumundan müdafiə ehtiyaclarına uyğun olaraq TÜBİTAK SAGE tərəfindən hazırlanmışdır. GÖKSUR BOZDOĞAN raketinin dəniz platformalarına uyğunlaşdırılması və təkmilləşdirilməsi ilə hazırlanıb.
Hazırlıq mərhələsindən sonra İİR raketi üçün kritik mərhələlərdən biri olan külək tunelinin sınaqları həyata keçirilib.
Bu mərhələdən sonra atıcılıq qabiliyyətinin ölçülməsi məqsədi ilə atıcılıq testləri başlayacaq.
Atıcılıq testlərini uğurla tamamladıqdan sonra GÖKSUR-un qısa müddətdə Dəniz Qüvvələri Komandanlığının xidmətinə verilməsi hədəflənir.
Qeyd edək ki Çelik Kubbe Türkiyədə hava hücumundan müdafiənin (HHM) təmin olunması üçün hazırlanıb və bu sistem Türkiyə səmasının dörd bir tərəfini əhatə edəcək təhlükəsizlik çətiri olaraq nəzərdə tutulub.

