Bakı, AzerVoice
Türkiyənin Kütahya vilayətinin Dumlupınar rayonunda Türkiyə İstiqlaliyyət müharibəsinə aid olduğu düşünülən partlamamış top mərmisi tapılıb.
AzerVoice xəbər verir ki, xəbərdarlıq üzərinə hadisə yerinə gələn rayon Polis Şöbəsi qrupları partlamamış top mərmisini mühasirəyə alaraq təhlükəsizlik tədbirləri görüb.
Top mərmisi bomba mütəxəssisi tərəfindən təhlükəsiz şəkildə məhv edilib.
Məlumat üçün qeyd edək ki, Türkiyə İstiqlaliyyət müharibəsi dövrünə aid sayılan top gülləsinin 102 yaşı olduğu təxmin edilir.
Hafiz Rufizoğlu