Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    ASELSAN-ın yeni hava müdafiə sistemi GÖKSUR atış testindən uğurla keçib

    17 Fevral 2025 19:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    ASELSAN və TÜBİTAK SAGE tərəfindən hazırlanan Türkiyənin yerli və milli hava hücumundan müdafiə sistemi GÖKSUR, dəniz platformasından ilk uğurlu atışını həyata keçirdi.

    AzerVoice xəbər verir ki, bu haqda Türkiyə texnologiya şirkəti ASELSAN məlumat verib.

    Məlumatda GÖKSUR-un atış testi TCG BEYKOZ gəmisindən Sinop sahillərində icra olunduğu bildirilib. Test zamanı GÖKSUR Güdümlü Raket Sistemi BOZDOĞAN raketindən istifadə edib. Çoxistiqamətli məlumat ötürmə sistemi sayəsində yüksək performans nümayiş etdirən bu sistem, Türkiyə Dəniz Qüvvələrinin tələblərinə uyğun olaraq inkişaf etdirilib.

    Məlumat üçün bildirək ki, GÖKSUR sistemi gəmi əleyhinə və qanadlı raketlərə, silahlı və silahsız pilotsuz uçuş aparatlarına, döyüş təyyarələri və helikopterlərə qarşı effektiv hava müdafiəsi təmin etmək üçün dizayn edilib. 360 dərəcə hədəf məhv etmə qabiliyyətinə malik bu sistem yeni nəsil infraqırmızı (IIR) axtarıcı başlıqlı idarə olunan raketlərdən istifadə edir.

    Fırkateyn və korvet kimi müxtəlif dəniz platformalarına inteqrasiya edilə bilən modulyar quruluş sayəsində GÖKSUR, böyük ixrac potensialına malikdir. 2024 EURONAVAL Sərgisində nümayiş etdirilən sistem beynəlxalq aləmdə böyük marağa səbəb olub.

    GÖKSUR Hava Hücumundan Müdafiə Sistemi, üç fərqli konfiqurasiya ilə istismara veriləcək:

    GÖKSUR 100-N VLS – Düz şaquli buraxılış sistemi (Modular Vertical Launch System)
    GÖKSUR 100-N/StA – Müstəqil işləyə bilən sistem (All in One System)
    GÖKSUR 100-N – Döyüş İdarəetməsi ilə işləyə bilən sistem (Combat Management Integrated System)

    GÖKSUR süni intellekt dəstəkləyən atış idarəetmə sistemi və çoxsaylı hədəf izləmə qabiliyyəti ilə təchiz olunub. Səthə yaxın uçan təhlükələrə qarşı təsirini artıran sistem, məlumat ötürmə və ara mərhələ raket idarəetmə texnologiyaları sayəsində hava və dəniz müdafiəsində vacib rol oynayacaq.

    #Türkiyə #Türkiyə müdafiə sənayesi #Türkiyə Hərbi Dəniz Qüvvələri #ASELSAN GÖKSUR #Hərbi süni intellekt #Süni intellekt və təhlükəsizlik #Hava və dəniz müdafiəsi #Gəmi əleyhinə raketlər #Çoxistiqamətli məlumat ötürmə sistemi #BOZDOĞAN raketi #Milli hava hücumundan müdafiə sistemi #Döyüş təyyarələri və helikopterlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin GÖKSUR hava müdafiə sistemi yeni test mərhələsini tamamlayıb

    5 Dekabr 2025 17:51

    ABŞ Hərbi Hava Qüvvələrinin nümayiş təyyarəsi qəzaya uğrayıb

    4 Dekabr 2025 09:21

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb

    2 Dekabr 2025 12:28

    Fərqanidən tarixi addım: Türkiyənin ilk Orbitaya Transfer Aparatı kosmosda

    2 Dekabr 2025 11:15

    Türkiyənin COP31-i qazanmasında Azərbaycan vasitəçilik edib - Yalçın Rəfiyev

    2 Dekabr 2025 11:00

    Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri

    1 Dekabr 2025 10:04

    Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

    30 Noyabr 2025 19:12

    İran Türkiyənin Van şəhərində konsulluq açacaq

    30 Noyabr 2025 16:20
    Demo
    XƏBƏR LENTİ

    İran Hörmüz boğazı yaxınlığında genişmiqyaslı raket sınaqları keçirib

    TDT əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

    Suriya Post-Əsəd dövründə ciddi insan haqları pozuntuları ilə üzləşir - BMT

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Naziri Arasında görüş baş tutub

    Livan İsraillə müharibə istəmir - Livan Prezidenti

    Türkiyənin GÖKSUR hava müdafiə sistemi yeni test mərhələsini tamamlayıb

    Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub

    “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolunun tikintisinə başlanılıb

    Şavkat Mirziyoyev Pərviz Şahbazovu qəbul edib

    “Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.