Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türk Dövlətləri

    Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan

    26 Fevral 2025 16:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan və Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili Ankarada görüş keçiriblər.

    AzerVoice xəbər verir ki , mətbuata qapalı keçirilən görüşdən sonra nazirlər birgə mətbuat konfransı təşkil ediblər.

    Nazir Fidan bildirib ki, Türkiyə və Gürcüstan regionda sülh, sabitlik və rifah üçün birgə fəaliyyət göstərir. O, iki ölkənin Xəzər dənizinin enerji resurslarının dünya və Avropa bazarlarına çatdırılmasında əsas rol oynadığını vurğulayıb.

    "Uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri vasitəsilə enerji təhlükəsizliyinə töhfə veririk. Əməkdaşlığımızı üçtərəfli və dördtərəfli formatlarda konkret layihələrə çevirmək üçün çalışırıq." - deyə o bildirib.

    Fidan həmçinin qeyd edib ki, Türkiyə 16 ildir Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçib və bu rəqəmin 5 milyard dollara çatdırılması üçün işlər davam etdirilir.

    Nazir Xəzər vasitəsilə keçən Şərq-Qərb Orta Dəhlizinin önəmini vurğulayaraq, bu marşrutun əsas hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm verdiklərini bildirib.

    Gürcüstanın ərazi bütövlüyünü təhdid edə biləcək proseslərə dair Türkiyənin mövqeyinin açıq və qəti olduğunu qeyd edən Fidan,

    "Gürcüstanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həllinə göstərdiyi səyləri təqdir edirik. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyimiz güclü dəstəyi qətiyyətlə davam etdirəcəyik." - deyə bildirib.

    Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan
    Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan
    Orta Dəhlizinin tam gücü ilə işləməsinə böyük önəm veririk - Fidan
    #Türkiyə #Hakan Fidan #Gürcüstan #Bakı-Tbilisi-Qars dəmir yolu #Bakı-Tbilisi-Ceyhan neft kəməri #Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri #Türkiyə Gürcüstan əməkdaşlığı #Şərq-Qərb ticarət marşrutu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Antakya Bələdiyyəsi təmizlik materiallarının alınması üçün tender elan edib

    15 Oktyabr 2025 09:51

    Aİ-nın rəsmi sənədindəki Şimali Kipr Türk Respublikası ifadəsi Yunanıstanda narazılıq yaradıb

    15 Oktyabr 2025 02:45

    BƏƏ Türkiyəyə 1 milyard dollarlıq investisiya qoyacaq

    15 Oktyabr 2025 02:00

    İsrail atəşkəsi pozub

    14 Oktyabr 2025 23:15

    İsrail soyqırıma qayıdarsa, bunun bədəlini ağır şəkildə ödəyəcəyini yaxşı bilir - Ərdoğan

    14 Oktyabr 2025 13:42

    Əsas məsələ Qəzzada atəşkəsin tətbiq edilməsidir - Devlet Bahçeli

    14 Oktyabr 2025 13:08

    Kayseridə yeni Sağlamlıq Mərkəzi inşa ediləcək

    14 Oktyabr 2025 12:00

    Türkiyədən Türkmənistana sement ixracı 18 milyon dolları keçib (ÖZƏL)

    14 Oktyabr 2025 10:40

    Pakistan Prezidenti Sahibə Qafarova və Numan Kurtulmuşu qəbul edib

    14 Oktyabr 2025 10:00

    Qəzza zolağının bərpası artıq başlayıb - Donald Tramp

    13 Oktyabr 2025 22:50

    Tramp Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    13 Oktyabr 2025 21:42

    Tramp 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bəyan edib

    13 Oktyabr 2025 20:13
    Demo
    XƏBƏR LENTİ

    Əsəd hökuməti kütləvi qətliamların izlərini gizlətmək üçün gizli məzarlığı köçürüb

    Türkiyədə kiber cinayətlərə qarşı genişmiqyaslı əməliyyat keçirilib

    Sistanidən “Hizbullah”a məktub – Livan xarici maraqlar üçün müharibələrə sürüklənməməlidir

    Antakya Bələdiyyəsi təmizlik materiallarının alınması üçün tender elan edib

    Türkiyənin Ambarlı limanı 14 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Rəfah keçidi yenidən humanitar yardıma açılıb

    Aİ-nın rəsmi sənədindəki Şimali Kipr Türk Respublikası ifadəsi Yunanıstanda narazılıq yaradıb

    BƏƏ Türkiyəyə 1 milyard dollarlıq investisiya qoyacaq

    Bu gün rəqqasə və casus Mata Hari güllələnib

    Zəfər xronikası. 15 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.