BAKI,AzerVoice, Fərid Mikayılov
Antalya Qubernatorluğunun İnvestisiya İzləmə və Koordinasiya İdarəsi tabeliyindəki nəqliyyat vasitələrinin ehtiyaclarını qarşılamaq məqsədilə 30 min litr 95 oktan benzin və 45 min litr dizel yanacağının alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Yanacaqlar tenderin nəticələri açıqlandıqdan sonra 365 gün ərzində təhvil alınacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 19 sentyabr 2025-ci il tarixinə qədər "Bayındır Mah. Gazi Bulvarı 07030 Muratpaşa/Antalya" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir