BAKI, AzerVoice
İstanbul Elektrik Tramvay və Tunel İdarəsi (İETT) tərəfindən Adalarda istifadə olunan “Greencar Shuttle” və “LSV4” tipli 14 və 4 nəfərlik elektrikli avtomobillər üçün akkumulyatorların alınmasına dair tender elan edilib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Akkumulyatorlar tenderin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 16 iyun 2025-ci il tarixinə qədər "Şahkulu Mah. Erkan-I Harp Sok. No:2 34420 Tünel - Beyoğlu/İstanbul" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir