Əsas səhifə » "Fluminense" "Ulsan"ı 4:2 hesabı ilə məğlub edib - Klublararası Dünya Çempionatı

"Fluminense" "Ulsan"ı 4:2 hesabı ilə məğlub edib - Klublararası Dünya Çempionatı

BAKI, AzerVoice

ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında Braziliyanın "Fluminense" komandası Cənubi Koreyanın "Ulsan" klubu üzərində 4:2 hesablı qələbə qazanıb.

AzerVoice xəbər verir ki, oyun İst-Ratford şəhərində baş tutub.

Qarşılaşmada "Fluminense"in qollarını 27-ci dəqiqədə Con Arias, 66-cı dəqiqədə Nonato, 83-cü dəqiqədə Xuan Freites və 90+2-ci dəqiqədə Keno vurublar.

"Ulsan"ın heyətində isə 37-ci dəqiqədə Li Cin Hyon və 45+3-cü dəqiqədə Om Von Son fərqlənib.

F qrupunda "Fluminense" və Almaniyanın "Borussiya Dortmund" klubları hərəyə 4 xal toplayıblar. CAR-ın "Mamelodi Sandaunz" komandasının 3 xalı var, "Ulsan" isə xalsızdır.

Qrup mərhələsinin son turunda "Ulsan" "Borussiya" ilə, "Fluminense" isə "Mamelodi Sandaunz" ilə qarşılaşacaq. Hər iki oyun iyunun 25-də keçiriləcək.

Digər tərəfdən, E qrupunda Argentina təmsilçisi "River Pleyt" ilə Meksikanın "Monterrey" klubu arasında keçirilən oyun 0:0 hesabı ilə yekunlaşıb.

Bu qrupda "River Peyt" və İtaliyanın "İnter" klubları 4, "Monterrey" isə 2 xal toplayıb. Yaponiyanın "Urava Red Daymonds" komandası isə hələ xal qazanmayıb.

Üçüncü turda "River Pleyt" "İnter" ilə, "Monterrey" isə "Urava" ilə qarşılaşacaq. Bu oyunlar iyunun 26-da keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice