5
BAKI, AzerVoice
İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib.
AzerVoice İran KİV-ə istinadən xəbər verir ki, həmin şəxs "Mossad" ilə əməkdaşlıq çərçivəsində məxfi məlumatlar, o cümlədən müəyyən şəxslərlə bağlı məlumatlar ötürdüyü üçün mühakimə olunub və ölüm cəzasına məhkum edilib.
Bildirilib ki, həmin şəxs Fars körfəzi regionundakı ölkələrdən birində "Mossad" kuratoru ilə əlaqə saxlayıb və hər həftə hesabatlar təqdim edib.