Əsas səhifə » Messi karyerasını bitirəcəyi klubun adını açıqlayıb

Messi karyerasını bitirəcəyi klubun adını açıqlayıb

Bakı. AzerVoice:

"İnter Mayami" Lionel Messinin çıxış etdiyi son klub olacaq.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə argentinalı ulduz özü məlumat verib.

Messi futbol oynamaqdan zövq aldığını və karyerasının bitməsinə az qaldığını bildirib: "İnter Mayami" mənim son klubum olacaq. Futbol oynamağı çox sevirəm və bundan zövq alıram. Ona görə ki, karyeramın sonuna çox az vaxt qaldığını anlayıram".

Qeyd edək ki, Lionel 2023-cü ildən ABŞ klubunda çıxış edir. 36 yaşlı futbolçu "İnter Mayami"nin heyətində 29 oyunda 25 qol vurub, 16 ötürmə verib.

İdman.biz

Digər Kateqoriyalar

2025 © Azervoice