Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatına start verilib.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası 2 medal əldə edib.
Yığmanın heyətində Məryəm Cəfərova (152 sm) qızıl medala yiyələnib. O, 6 rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gülay Əliyeva isə (160 sm) çempionatı bürünc medalla bitirib. Taekvondoçumuz yarımfinaladək 4 mərhələ keçib.
Qeyd edək ki, yarışda bu gün yeniyetmə oğlanlar mübarizəyə qoşulacaq.