BAKI, AzerVoice, Orxan Qədirzadə
24 fevral 2026-cı il tarixində Bakıda “Türkiyə–Azərbaycan Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri” keçiriləcək.
AzerVoice Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinə istinadən xəbər verir ki, tədbir Türkiyə Respublikası Ticarət Nazirliyinin koordinasiyası, Türkiyə İxracatçılar Assambleyası (TİM) tərəfindən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq çərçivəsində, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)-in tərəfdaşlığı ilə təşkil olunur.
Görüşlər çərçivəsində Türkiyənin müxtəlif sektorlarını təmsil edən aparıcı şirkətlərlə birbaşa ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək. Tədbir yeni biznes əlaqələrinin qurulması, əməkdaşlıq imkanlarının müzakirəsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm platforma təqdim edir.
Azərbaycan iş dünyasının nümayəndələri tədbirdə iştirak etməyə dəvət olunur.