Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Fransanın Kanaki və Mayot siyasəti: demoqrafik tənəzzül, məcburi miqrasiya və yerinə yetirilməyən vədlər

    5 Fevral 2026 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    Fransa, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyə qədəm qoyduğu bir dövrdə, müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir.

    AzerVoice xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupuna məlumat yayıb.

    Belə ki, 2019 və 2025-ci illər üzrə yerli kanak əhalisinin siyahıyaalma nəticələri Kanakidə (Yeni Kaledoniya) sistemli və dərinləşən demoqrafik tənəzzülün yaşandığını açıq şəkildə ortaya qoyur. 2019-cu ildə ərazinin daimi əhalisi 271 407 nəfər təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 264 596 nəfərə enmişdir. Son altı il ərzində Kanakidə əhali sayında 6811 nəfərlik azalma qeydə alınmışdır. Bu geriləmə təxminən 2,5 faiz demoqrafik azalmaya bərabər olmaqla, hər il orta hesabla 1200-dən artıq şəxsin Yeni Kaledoniyanı tərk etməsi ilə xarakterizə olunur və son 75 il ərzində ilk dəfə müşahidə edilən demoqrafik tənəzzül kimi qiymətləndirilir.

    Statistik məlumatlara əsasən, Kanakinin Fransa tərəfindən məqsədli şəkildə sosial-iqtisadi inkişafdan kənarda saxlanılması, təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması, yerli əhali üçün sabit gələcək perspektivlərinin qeyri-müəyyənliyi, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, səhiyyə və ictimai xidmətlərə əlçatanlığın məhdud olması, ədalətli məhkəmə sisteminin mövcud olmaması, eləcə də Metropoldan (Fransadan) qeyri-qanuni göstərişlər alan hüquq-mühafizə orqanlarının sərt, repressiv və ayrı-seçkilik yaradan davranışları, təhlükəsizlik mühitinin pisləşməsi və siyasi, iqtisadi, sosial hüquqların ardıcıl və sistemli şəkildə məhdudlaşdırılması, Kanaki əhalisi arasında kütləvi miqrasiya meyllərinin güclənməsinin əsas səbəblərindən hesab olunur.

    Kanaki əhalisinin ərazini tərk etməsi ilə paralel olaraq ümumi əhali strukturunda yaşlanma prosesi sürətlənir, uşaq və gənc əhalinin çəkisi isə azalır ki, bu da demoqrafik geriləmənin daha qabarıq və kəskin şəkildə görünməsinə gətirib çıxarır.

    Qeyd edək ki, Fransa tərəfindən məqsədyönlü həyata keçirilən Kanak gənclərin, xüsusilə siyasi və iqtisadi baxımdan aktiv əhalinin kütləvi şəkildə digər ölkələrə köçürülməsi siyasəti yerli müstəqillik hərəkatlarının gücünün zəiflədilməsinə, Yeni Kaledoniyada Kanak əhalisinin nisbətinin azaldılmasına, eyni zamanda metropoldan gələn avropalı və digər miqrantların sayının artırılmasına və nəhayət uzunmüddətli perspektivdə referendumlar və yerli əhali tərəfindən müstəqillik tələblərinin zəifləməsinə yönəlib.

    Gənc, təhsilli və perspektivli şəxslərin Kanakini tərk etməsi yerli iqtisadi inkişafın ləngiməsinə səbəb olur. Bu proses Yeni Kaledoniya və digər müstəmləkə ərazilərinin Fransaya iqtisadi asılılığını artırır, xüsusilə subsidiyalar, investisiyalar və idxal asılılığı vasitəsilə maliyyə və resurs baxımından metropola bağlılıq dərinləşir. Eyni zamanda, Fransız şirkətləri, xüsusilə nikel sektorunda fəaliyyət korporatsiyalar yerli əmək qüvvəsindəki azalmanı Fransadan gələn işçilər və ya digər xarici miqrantlar hesabına kompensasiya edə bilirlər.

    Fransa hökuməti bu siyasət vasitəsilə daxili siyasətindəki çatışmazlıqları və uğursuzluqları ört-basdır etməyə çalışırlar.

    Qeyd: 2024-cü ildə Çido qasırğasının ağır zərbəsi ilə üzləşən Mayot xalqına Fransa Prezidenti Emmanuel Makron və digər yüksək səviyyəli rəsmilər tərəfindən verilmiş yenidənqurma və inkişaf vədləri hələ də yerinə yetirilməmişdir. Dənizaşırı ərazilər naziri Naima Mutçu (Naïma Moutchou) 22 yanvar 2026-cı il tarixində Fransanın Mayot üçün 674 milyon avrodan artıq maliyyə öhdəliyi götürdüyünü və bunun əhəmiyyətli hissəsinin xüsusi büdcə sətri ilə təmin olunacağını bəyan etmişdir. Buna baxmayaraq, Fransa Milli Assambleyası tərəfindən 2 fevral 2026-cı ildə qəbul edilmiş büdcədə Mayotun yenidənqurulması üçün heç bir xüsusi büdcə sətri və ayrılmış vəsait nəzərdə tutulmamışdır.

    Nəticədə, Fransa rəhbərliyi adanın ağır fəlakət sonrası vəziyyətinə qarşı laqeyd münasibətini davam etdirərək, verilmiş vədləri yalnız formal sənədlər səviyyəsində saxlamış və Mayotun yenidənqurma prosesi maliyyə baxımından qeyri-müəyyən və dəstəksiz qalmışdır. Bu qərar, Fransanın müstəmləkə əsarətində saxladığı ərazilərə qarşı ardıcıl olaraq nümayiş etdirdiyi laqeyd və yerli əhalinin mövcud vəziyyətdən bezərək doğma torpaqlarını tərk etməsinə istiqamətlənmiş siyasətin bariz nümunəsidir.

    #Fransa müstəmləkə siyasəti #Kanaki demoqrafik böhranı #Yeni Kaledoniya əhali azalması #Kanak xalqı #Fransanın dənizaşırı əraziləri #Kanaki miqrasiyası #Fransa Mayot vədləri #Fransanın kolonial idarəçiliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lökbatan sakinlərinə müjdə: 206 nömrəli marşrut üzrə müasir avtobuslar xəttə buraxıldı

    12 Fevral 2026 12:23

    Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

    12 Fevral 2026 11:58

    Azərbaycanda kibertəhlükəsizlik kadrlarının qiymətləndirilməsində yeni dövr: İntellektual sistem tətbiq olunur

    12 Fevral 2026 11:25

    SOCAR-ın “Elm və təhsil fondu”ndan elmi müəssisələrə böyük dəstək: Qaliblər elan olundu

    12 Fevral 2026 10:35

    Toyota əfsanəvi Highlander modelini tamamilə elektrikləşdirir: 2027-ci il modeli təqdim edildi

    12 Fevral 2026 03:00

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    11 Fevral 2026 21:47

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    11 Fevral 2026 21:09

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

    11 Fevral 2026 16:56

    Bakı Fond Birjası Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyası ilə görüş keçirib

    11 Fevral 2026 16:19

    Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

    11 Fevral 2026 15:58
    XƏBƏR LENTİ

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    Lökbatan sakinlərinə müjdə: 206 nömrəli marşrut üzrə müasir avtobuslar xəttə buraxıldı

    DSMF-nin gəlirləri yanvarda 755 milyon manata çatdı: Proqnoz 26 faiz üstələndi

    Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.