Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Kənd təsərrüfatına verilən vergi güzəştləri balıqçılığa da şamil ediləcək

    22 Dekabr 2025 11:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Məlum olduğu kimi, kənd təsərrüfatı sektoru torpaq vergisi istisna olmaqla digər vergilər üzrə ödəmələrdən azaddır. Mövcud qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları mənfəət, gəlir, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət zamanı istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad ediliblər. Bundan başqa, aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara da vergi təşviqləri verilib.

    AzerVoice xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti nməlumat yayıb.

    Bildirilib ki, Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, eləcə də kənd təsərrüfatı məhsulları istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar 2023-cü il yanvarın 1-dən gəlir vergisindən müddətsiz olaraq azaddır. Hüquqi şəxslərin isə həmin fəaliyyət üzrə satışdankənar gəlirləri və dövlət büdcəsinin vəsaiti hesabına onlara verilən subsidiyalar, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azad edilib.

    Balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və istehlakçıların balıqçılıq məhsulları ilə uyğun qiymətə təmin olunması məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və satışına aid edilən vergi güzəştlərinin 2026-cı il yanvarın 1-dən bu sahəyə də şamil edilməsi nəzərdə tutulur. Güzəştlər yalnız balıq kürüsünün istehsalına aid edilməyəcək.

    Qeyd edək ki, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən emal edilən balıqçılıq məhsulları istisna olmaqla, kəsilən və dondurulan balıqlar da kənd təsərrüfatı məhsulları kimi qiymətləndiriləcək.

    Vergi Məcəlləsinə edilən bu dəyişikliyin balıqçılıq sektorunun davamlı inkişafına təkan verəcəyi gözlənilir.

    kənd təsərrüfatı sektoru vergi güzəştləri aqrar sahə vergi azadolmaları azərbaycan balıqçılıq sektoru vergi təşviqləri vergi məcəlləsinə dəyişiklik balıqyetişdirmə fermerlər üçün vergi dəstəyi aqrar emal fəaliyyəti vergi güzəşti

    azərbaycanda aqrar sektor vergi azadolmaları balıqçılıq sahəsində vergi təşviqləri 2026 fermerlər üçün vergi güzəştləri kənd təsərrüfatı məhsulları istehsalçıları vergi

    kənd təsərrüfatı sektoru vergi güzəştləri aqrar sahə vergi azadolmaları azərbaycan balıqçılıq sektoru vergi təşviqləri vergi məcəlləsinə dəyişiklik balıqyetişdirmə fermerlər üçün vergi dəstəyi aqrar emal fəaliyyəti vergi güzəşti

    azərbaycanda aqrar sektor vergi azadolmaları balıqçılıq sahəsində vergi təşviqləri 2026 fermerlər üçün vergi güzəştləri kənd təsərrüfatı məhsulları istehsalçıları vergi

    #İqtisadiyyat Nazirliyi #Dövlət Vergi Xidməti #vergi güzəştləri #kənd təsərrüfatı sektoru #aqrar sahə #əlavə dəyər vergisi (ƏDV) #kənd təsərrüfatı məhsulları istehsalçıları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və ABŞ enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edib

    22 Dekabr 2025 12:43

    Azərbaycanda üzvi və orqanomineral gübrələr də ƏDV-dən azad ediləcək

    22 Dekabr 2025 11:31

    Azərbaycan-Oman iqtisadi əməkdaşlığı müzakirə edilib

    18 Dekabr 2025 19:47

    Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

    18 Dekabr 2025 00:12

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    17 Dekabr 2025 19:08

    Vergi və sosial sığorta qanunvericiliyinə son dəyişikliklər təqdim olunub

    16 Dekabr 2025 20:12

    İqtisadiyyat Nazirliyində Ərdəbil valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

    11 Dekabr 2025 22:51

    Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması məsələləri müzakirə olunub

    11 Dekabr 2025 18:11

    “Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    6 Dekabr 2025 11:58

    Tatarıstan ilə birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər müzakirə olunub

    5 Dekabr 2025 16:08

    D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

    4 Dekabr 2025 14:30

    Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

    4 Dekabr 2025 12:31
    Demo
    XƏBƏR LENTİ

    Bakı İstintaq Təcridxanasında amnistiya aktının icrasına başlanılıb

    Hüquq Bələdçisi - Mediasiya iqtisadi qənaət və sosial sabitliyin açarı

    Azərbaycan və ABŞ enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edib

    Türkiyənin Çeşme limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

    Dünyanın ən böyük nüvə stansiyası yenidən işə başlayır

    Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

    Starlink süni peyki partladı və təhlükəsiz şəkildə Yer atmosferinə düşəcək - SpaceX

    Kənd təsərrüfatına verilən vergi güzəştləri balıqçılığa da şamil ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.