2025-ci ilin yanvar - noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 faiz artıb.
#Dövlət Vergi Xidməti
2026-cı il yanvarın 1-dən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi optimallaşdırması tətbiq ediləcək. Ona görə, POS-terminal vasitəsilə nağdsız ödənişlər üzrə formalaşan dövriyyənin 50 faizi 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyədən çıxılacaq. Günay Vəliyeva əlavə edib ki, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə subyektləri üçün POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə vergi dərəcəsi 6 faizə endiriləcək.
Ölkəmizdə sosial rifahın yüksəldilməsi, biznes mühitinin əlverişliliyinin artırılması və qeyri-neft sektorunda rəsmi məşğulluğun təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə ediblər.
Noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 4 məsələ - “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda daxil edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 25 illiyi münasibətilə DVX və “Vergilər” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə Tədris Mərkəzində media nümayəndələri üçün “Azərbaycanın vergi sistemi – retrospektiv baxış (2000–2025-ci illər) və gələcək inkişaf strategiyası (2025–2028-ci illər)” mövzusunda iki günlük təlim və müsabiqə keçirilib. Ölkənin aparıcı informasiya saytlarını təmsil edən media nümayəndələrin iştirakı ilə keçirilən tədbirin məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdən ibarət olub.
Qeyd edək ki, “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “Yol Xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi nəzərdə tutulur.
Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb.