Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Dünyanın ən böyük nüvə stansiyası yenidən işə başlayır

    22 Dekabr 2025 12:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Yapon hakimiyyəti Fukuşima fəlakətindən on ildən çox sonra işləməyən vəziyyətdə olan dünyanın ən böyük nüvə elektrik stansiyası – Kaşivazaki-Kariwa stansiyasını yenidən işə salmaq qərarı verib. Bu addım, ölkənin enerji tələbatını kömür və qaz kimi idxal olunan yanacaq mənbələrindən uzaqlaşdırmaq strategiyasında mühüm dönüş nöqtəsi hesab olunur.

    AzerVoice xəbər verir ki, Niigata prefekturasında yerləşən stansiyanın yerli əhali arasında narahatlıqlara baxmayaraq, prefektura şurası Tokyo Elektrik Enerji Şirkəti (TEPCO) tərəfindən yeddi reaktordan birinin yenidən işə salınmasına icazə verən qərarı təsdiqləyib. Şirkət 6 nömrəli reaktorun yanvar ayının 20-si civarında fəaliyyətə başlamasını planlaşdırır.

    2011-ci ildə baş vermiş 9,0 bal gücündə zəlzələ və tsunaminin Fukuşima Daiichi stansiyasında yaratdığı nüvə əriməsi sonrası Yaponiya nüvə enerjisinə qarşı son dərəcə ehtiyatlı siyasət yürüdüb. 1986-cı ildəki Çernobildən bəri baş vermiş ən ağır nüvə fəlakəti nəticəsində ölkə 54 nüvə stansiyasının hamısını bağlamışdı. Dünya Nüvə Assosiasiyasının məlumatına görə, bu müddət ərzində işlək vəziyyətdə olan 33 reaktordan 14-ü yenidən fəaliyyətə qayıdıb. Niigatada yerləşən Kaşivazaki-Kariwa stansiyası isə TEPCO tərəfindən Fukuşimadan dərs alaraq yenilənmiş ilk müəssisə olacaq.

    Fukuşima öncəsi Yaponiya elektrik istehsalının təxminən 30 faizini nüvə reaktorlardan təmin olunurdu. Hazırda isə ölkə enerjinin böyük hissəsini (təxminən 60-70 faiz) idxal olunan kömür və təbii qaz vasitəsilə qarşılayır.

    Yeni Baş nazir Takaichi Sanae enerji xərclərini azaltmaq, inflyasiyaya qarşı mübarizə aparmaq və enerji təhlükəsizliyini təmin etmək məqsədilə nüvə enerjisinin yenidən istifadəsini güclü şəkildə dəstəkləyir. Yaponiya 2050-ci ilədək net sıfır emissiyaya çatmağı hədəfləyir və 2040-cı ilədək nüvə enerjisinin payını 20faizə yüksəltməyi planlaşdırır.

    Bununla belə, Fukuşima xatirəsi hələ də tazədir və yerli sakinlərin böyük hissəsi təhlükəsizlik səbəbindən nüvə enerjisinin yenidən istifadəsinə qarşı çıxır. TEPCO isə Kaşivazaki-Kariwa stansiyasının Fukuşimadan dərs alaraq yenilənmiş təhlükəsizlik tədbirləri ilə təchiz olunduğunu və 6 nömrəli reaktorun fəaliyyətə başlamağa hazır olduğunu bildirir.

    #Təhlükəsizlik tədbirləri #Kaşivazaki-Kariwa #Yaponiya nüvə enerjisi #Fukuşima fəlakəti #TEPCO #Nüvə reaktor #Niigata prefekturası #enerji strategiyası #kömür və təbii qaz #nüvə stansiyası yenidən açılması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Banqladeş məhkəməsi sabiq baş nazir Şeyx Hasinanı ölüm cəzasına məhkum etdi

    17 Noyabr 2025 14:50

    Türkiyədə qanunsuz silah əməliyyatı - 2 mindən çox şübhəli saxlanılıb

    25 Sentyabr 2025 10:43

    Vaşinqton 14 gün ərzində cinayətdən azad zona olacaq - Tramp

    29 Avqust 2025 13:08

    İstanbulda gəmidə yanğın baş verib

    27 Avqust 2025 09:35

    İsveçdə Təhlükəsizlik Böhranı - NATO Sənədləri Hava Limanında Unudulub

    25 Avqust 2025 17:09

    Türkiyə XIN İraqın şimalında Süleymaniyyədə baş verən hadisələri izlədiyini açıqlayıb

    22 Avqust 2025 14:39

    ABŞ-da polad istehsalı zavodunda partlayış baş verib

    11 Avqust 2025 22:16

    İsrail hava məkanını bağlayıb

    22 İyul 2025 10:32

    MİT FETÖ-nün maliyyə strukturunu hədəf alan əməliyyat keçirib

    15 İyul 2025 09:25

    Filippinə hərbi gəmi göndərməyin - Çin Yaponiyaya xəbərdarlıq edib

    14 İyul 2025 17:31

    Trampa hücumun pərdəarxası - Gizli Xidmətin ciddi səhlənkarlığı

    14 İyul 2025 11:54

    Suriya Avropa İttifaqından yanğınlarla mübarizədə yardım istəyir

    8 İyul 2025 17:08
    Demo
    XƏBƏR LENTİ

    Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək

    Prezident İlham Əliyev 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib

    Bakı İstintaq Təcridxanasında amnistiya aktının icrasına başlanılıb

    Hüquq Bələdçisi - Mediasiya iqtisadi qənaət və sosial sabitliyin açarı

    Azərbaycan və ABŞ enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edib

    Türkiyənin Çeşme limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

    Dünyanın ən böyük nüvə stansiyası yenidən işə başlayır

    Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.