Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib

    8 Dekabr 2025 16:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    6-7 dekabr tarixlərində Qarabağın turizm potensialını, eləcə də mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə 40 yerli turizm şirkətinin nümayəndələri üçün Xankəndi və Şuşa şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub.

    AzerVoice xəbər verir ki, səfər Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hoteller Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Dəmir Yolları (ADY) və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə azad olunmuş ərazilərin turizm potensialını və mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə həyata keçirilib.

    İştirakçılar Qarabağ regionuna ADY-nin yeni açılmış Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin qatarı ilə yola düşüblər.

    Səfər çərçivəsində turizm sənayesi nümayəndələri Xankəndi və Şuşada yerləşən mövcud hotellərlə, şəhərlərin təbii və mədəni irsi ilə yaxından tanış olublar.

    Həmçinin 6-8 dekabr tarixlərində Dövlət Turizm Agentliyinin Qarabağ Regional Turizm İdarəsi tərəfindən turizm şirkətləri və blogerlər üçün Şuşa, Xankəndi, Laçın və Zəngilan istiqamətlərinə infotur keçirilib.

    İnfotur zamanı iştirakçılar bölgədəki mövcud turizm vəziyyəti, bərpa-quruculuq prosesləri və regionun formalaşmaqda olan yeni turizm infrastrukturu ilə tanış olublar.

    #Dövlət Turizm Agentliyi #Qarabağ turizm potensialı #Xankəndi turizm infrastrukturu #Şuşa turizm imkanları #ADY yeni marşrut #Azad edilmiş ərazilərə infotur\ #Zəngilan və Laçın turizm marşrutları #Yeni turizm infrastrukturu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

    29 Dekabr 2025 16:55

    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    22 Dekabr 2025 10:41

    İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı

    10 Dekabr 2025 10:34

    BƏƏ və Səudiyyə Ərəbistanından olan turizm şirkətlərinin iştirakı ilə tanışlıq səfəri təşkil olunub

    8 Dekabr 2025 16:58

    Şəkiyə mediatur təşkil olunub

    3 Dekabr 2025 17:59

    BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib

    28 Noyabr 2025 17:56

    Azərbaycan nümayəndə heyəti Özbəkistan Turizm Həftəsi çərçivəsində təşkil edilən sərgi və iclaslarda iştirak edib

    28 Noyabr 2025 16:52

    Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

    27 Noyabr 2025 11:42

    Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub

    21 Noyabr 2025 15:27

    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

    19 Noyabr 2025 10:12

    Aqroturizm üzrə təlimlər keçirilib

    18 Noyabr 2025 10:16

    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

    17 Noyabr 2025 14:21
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.