Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Şəhər şosesində xüsusi hərəkət zolağı yaradılıb

    26 Noyabr 2025 10:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Məqsəd şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaqdır. Hazırda xüsusi hərəkət zolağının yaradılması Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir.

    AzerVoice xəbər verir ki, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud deyildi. Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olurdu. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədirdi. Bu səbəbdən, yeni zolağın yaradılması zəruri idi.

    Xüsusilə qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağının Heydər Əliyev prospektinə qədər uzadılır. Layihə çərçivəsində, həmçinin səkilər təmir olunub.

    Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti təmin olunacaq. Bu, təkcə avtobus sürücülərinin işini yüngülləşdirmir, həm də gün ərzində minlərlə sərnişinin vaxt ikisinin qarşısını alır.

    İctimai nəqliyyata üstünlük verən və hər gün işinə, dərsinə, evinə vaxtında çatmağa çalışan vətəndaşların rahat daşınmasına şərait yaradan bu cür xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq, bütün hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.

    #xüsusi hərəkət zolaqları #Bakı xüsusi avtobus zolağı #Şəhər şosesi Zabrat yolu #Heydər Əliyev prospekti zolaq #ictimai nəqliyyatın hərəkəti #avtobus zolağı genişləndirilməsi #Sabunçu rayonu nəqliyyat infrastrukturu #Bakı nəqliyyat islahatları #sıxlığın azaldılması tədbirləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şəhər şosesində xüsusi hərəkət zolağı yaradılıb

    26 Noyabr 2025 10:11

    Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb

    26 Noyabr 2025 09:39

    Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

    26 Noyabr 2025 09:14

    Ceyhun Bayramov Napoli – Qarabağ oyununu stadiondan izləyib

    26 Noyabr 2025 09:10

    Məşğulluq sahəsində Litva ilə əməkdaşlıq genişləndirilir

    25 Noyabr 2025 22:38

    Kəlbəcər Şəhəri Günü tədbirləri tamaşa nümayişi ilə başlanıb

    25 Noyabr 2025 22:31

    Astanada İncəsənət Muzeyinin təntənəli açılışı və ustad sənətkarların hazırladığı musiqi alətlərinin rəsmi təqdimatı keçirilib

    25 Noyabr 2025 20:12

    Ramin Məmmədov Türkiyəli tələbələrlə görüşdü

    25 Noyabr 2025 16:00

    TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işini Naxçıvanda davam etdirir

    25 Noyabr 2025 14:39

    DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq

    25 Noyabr 2025 14:28

    Növbəti köç karvanları Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə çatıb

    25 Noyabr 2025 13:50

    Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb

    25 Noyabr 2025 12:36
    Demo
    XƏBƏR LENTİ

    Şəhər şosesində xüsusi hərəkət zolağı yaradılıb

    Türkiyədə Özbəkistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

    Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb

    Maduro ilə görüşməyə hazıram – problemləri asan və ya çətin yolla həll edərik - Tramp

    Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

    Ceyhun Bayramov Napoli – Qarabağ oyununu stadiondan izləyib

    Fransa: LGBT-yə “bəli”, hicaba “xeyr” — Parlamentdən 17 maddəlik “islamçılıqla mübarizə” paketi

    Türkiyənin tibb sahəsində dünyada bənzəri olmayan bir xəzinəsi var - Selçuk Bayraktar

    Ərdoğan Ukrayna üzrə Liderlər Zirvəsində iştirak edib

    Bu gün Arxeoloqlar 3 min ildən sonra ilk dəfə Firon Tutankhamonun məzarına daxil oldular

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.