Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bakıda ilk dəfə TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu keçirilir

    24 Noyabr 2025 11:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bakıda Gülüstan sarayında Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi keçirilir.

    AzerVoice xəbər verir ki, forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək.

    Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.

    Məlumat üçün bildirək ki, nümayəndə heyətləri ötən gün Fəxri xiyaban, Şəhidlər xiyabanı, Türk şəhidliyi, Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

    Forum çərçivəsində 2 panel müzakirəsi keçiriləcək.

    “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq.

    İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” olacaq. Belə ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

    Müzakirələrə bədii-mədəni proqramla yekun vurulacaq.

    Noyabrın 25-də isə forum işini Naxçıvan şəhərində davam etdiriləcək.

    Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırki sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.

    Naxçıvanda forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq.

    Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın post-münaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.
    2025-ci il noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçıları Naxçıvan MR-da bir sıra yerlərlə tanış olacaq.

    Foruma birgə bəyanatın qəbul olunması ilə yekun vurulması nəzərdə tutulur.

    Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən – 115 ölkədən vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il həmçinin dünya müsəlmanlarının 60%-nin yaşadığı, “İslam Səkkizliyi” adlanan D8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə aparılan prosesin mühüm tərkib hissəsidir.

    #Türkiyə #Azərbaycan #Qazaxıstan #Bakı #Qırğızıstan #Macarıstan #Şimali Kİpr Türk Respublikası #Türkmənistan #QHT #Qeyri-Hökumət Təşkilatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sosial şəbəkələrdə əxlaqsızlığa çağırış edənlər cərimələnəcək

    24 Noyabr 2025 10:39

    AFFA rəsmisi UEFA matçında rəsmi nümayəndə kimi çıxış edəcək

    24 Noyabr 2025 10:35

    Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir

    24 Noyabr 2025 09:53

    Türkiyədə Qazaxıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    24 Noyabr 2025 09:24

    Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb

    24 Noyabr 2025 09:14

    Yasamalda yaşayış binasənda baş verən yanğında xəsarət alanların vəziyyəti AÇIQLANDI

    23 Noyabr 2025 21:11

    Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    23 Noyabr 2025 18:00

    Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığı aparacaq

    23 Noyabr 2025 17:55

    “FIFA series” turniri yenidən Azərbaycanda təşkil olunacaq

    23 Noyabr 2025 14:53

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    23 Noyabr 2025 13:36

    İran Hirkan meşələrindəki yanğının söndürülməsi üçün xarici yardım istəyib

    22 Noyabr 2025 20:04

    Orta Dəhliz - sadəcə marşrut deyil, innovasiya və iqtisadi artımın hərəkətverici qüvvəsidir

    22 Noyabr 2025 16:18
    Demo
    XƏBƏR LENTİ

    Cenevrədəki barış planı layihəsi Ukrayna milli maraqlarını əks etdirir - Ağ Ev

    Bakıda ilk dəfə TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu keçirilir

    Nərimanovdakı partlayışda 7 nəfər xilas edilib - (FOTO/VİDEO)

    Sosial şəbəkələrdə əxlaqsızlığa çağırış edənlər cərimələnəcək

    Türkiyədən Fransaya polad ixracı artıb (ÖZƏL)

    AFFA rəsmisi UEFA matçında rəsmi nümayəndə kimi çıxış edəcək

    Messi İnter Mayamiyə konfrans finalına vəsiqə qazandırıb

    Ərdoğan və Putin bu gün bölgə gündəmini telefon danışığında müzakirə edəcək

    Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir

    Cənubi Koreya prezidenti bu gün Türkiyəyə səfər edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.