Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur

    20 Noyabr 2025 10:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra da iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir. COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur.

    AzerVoice xəbər verir ki, bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim etmişdir. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilmiş və müsbət qarşılanıb.

    Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbul edilməsi gözlənilən aşağıdakı 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub:

    COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar

    COP30 sədri André do Lago Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mauricio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması səlahiyyətini verib.

    COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparır. Hazırda hər iki səlahiyyətli nümayəndə intensiv şəkildə Avstraliya və Türkiyə arasındakı danışıqlara vasitəçilik edir, həll yolunu müəyyən etməyə çalışır.

    COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədin razılaşdırılması COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını vermişdir. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edir.

    #COP29 #COP30 #COP29 sonrası diplomatik missiyalar #COP30 hazırlıq mərhələsi #BMT iqlim danışıqları #Qlobal iqlim diplomatiyası #Paris Sazişi öhdəlikləri #Qlobal qiymətləndirmə icmalı (GST) #Bakı Maliyyə Hədəfi #Azərbaycan–Braziliya iqlim əməkdaşlığı #İqlim keçidi strategiyası #Bərpaolunan enerji investisiyaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

    9 Dekabr 2025 10:27

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    7 Dekabr 2025 13:16

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Türkiyə və Dünya Bankı arasında 6 milyard dollarlıq enerji anlaşması imzalanıb

    24 Noyabr 2025 16:25

    Azərbaycan XİN Türkiyə və Avstraliyanı təbrik edib

    24 Noyabr 2025 13:37

    AZSTAND COP 30-un Azərbaycan pavilyonunda panel sessiyası təşkil edib

    22 Noyabr 2025 14:59

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49

    COP30 sammitində iqlim razılaşması böhranı: Aİ layihəni rədd edir

    22 Noyabr 2025 13:24

    Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub

    21 Noyabr 2025 15:27
    Demo
    XƏBƏR LENTİ

    “Sosial işin idarə olunması” elektron sistemi istifadəyə verildi

    İsveçrə, Maduro və bağlantılıların varlıqlarını dondurub

    ABŞ vitse-prezidentinin evinə hücum edilib

    Türkiyədə təhsil xidməti üzrə tender elan edildi

    Maduro helikopterlə Manhetten məhkəməsinə aparılıb

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    Prezident İlham Əliyev: Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür

    Kolumbiya suverenliyi heç bir xarici təhdidlə sarsıdıla bilməz - Kolumbiya lideri

    BƏƏ su qıtlığına qarşı innovativ həllər üçün 1 milyon dollarlıq mükafat təqdim edir

    Türkiyənin xalça ixracı 2 milyard dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.