Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Energetika naziri Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

    AzerVoice xəbər verir ki, Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə Azərbaycan ilə BMT arasında enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

    Görüşdə enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığın, eyni zamanda nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Ölkəmizin COP29-a ev sahibliyi ilə yanaşı, yaşıl enerji və enerji keçidi sahəsində ardıcıl siyasət və təşəbbüslərlə qlobal iqlim gündəliyində liderliyini möhkəmləndirdiyi qeyd olunub. Xüsusilə Azərbaycanın COP30-da elan etdiyi və emissiyaların 2035-ci ilə qədər 40 % azaldılması öhdəliyini nəzərdə tutan yeni “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə”si (NDC) yüksək qiymətləndirilib.

    Görüşdə, həmçinin “DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi”nin hazırlanmasına toxunulub. Gələn ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası çərçivəsində enerji üzrə yan tədbirin təşkilinə hazırlıq məsələləri də müzakirə edilib.

    Söhbət zamanı “UNIDO-İƏT Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, hidrogen konsepsiyası, regionlararası elektrik enerjisi üzrə interkonnektor layihələri, eləcə də neft-qaz sektorunun dekarbonizasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. BMT ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan tədbirlər nəzərdən keçirilib.

    #COP29 #Energetika Nazirliyi #COP30 #BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi #Energetika naziri Pərviz Şahbazov #Vladanka Andreyeva #enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) #Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi (NDC) #DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi #UNESCAP-ın 82-ci Sessiyası #UNIDO-İƏT Təmiz Enerji Mərkəzi #Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib

    6 Fevral 2026 11:42

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    2 Fevral 2026 16:19

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    27 Yanvar 2026 17:36

    Energetika naziri Qubada vətəndaşları qəbul edəcək

    27 Yanvar 2026 17:18

    Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib

    27 Yanvar 2026 10:30

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 15:31

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    20 Yanvar 2026 15:32

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

    16 Yanvar 2026 15:03

    Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

    16 Yanvar 2026 12:50
    Demo
    XƏBƏR LENTİ

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    İndoneziyanın Semeru dağında beş püskürmə baş verib.

    Prezident İlham Əliyev: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur

    Prezident İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ-nin Vitse-prezidenti ilə görüşündən görüntülər paylaşılıb

    Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

    “Yolun düşsə bu dünyaya bir də gəl” və ya reinkarnasıya haqqında kiçik bir tarixi-dini dəyərləndirmə

    Türkiyənin yeni Ədliyyə naziri Akın Gürlek kimdir?

    Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni direktor təyin olunub

    2025-ci ildə Türkiyənin illik xarici ticarət dövriyyəsi 438 milyard dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.