Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycanda jest dilinin oyrənilməsi üçün yeni mobil tətbiq

    8 Oktyabr 2025 18:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından məmnuniyyətlə elan edir ki, cəmiyyətdə inklüzivliyin təşviqinə yönəlmiş daha bir sosial sərmayə layihəsini uğurla başa çatdırıb. Layihədə məqsəd eşitmə və nitq qüsurlu şəxslərin digər insanlarla və öz aralarında ünsiyyət imkanlarını genişləndirməkdir.

    AzerVoice xəbər verir ki, layihə “Nar” və ADA Universiteti ilə əməkdaşlıqda həyata keçirilmişdir.

    Təşəbbüs bp və onun tərəfdaşlarının Azərbaycanda təhsilin inkişafına töhfə vermək və inklüziv cəmiyyətin formalaşdırılmasına dəstək vermək öhdəliyini əks etdirir.

    Layihədə əsas diqqət Azərbaycan jest dilinin öyrənilməsi üçün əlçatan və interaktiv platforma kimi nəzərdə tutulmuş yeni mobil tətbiqin hazırlanmasına yönəlmişdir. Pedaqoji yanaşmaya əsaslanan bu tətbiq sadə lüğət anlayışından kənara çıxaraq, strukturlaşdırılmış dərslər, interaktiv tapşırıqlar, viktorinalar və qiymətləndirmələr təqdim edir və bununla da dilin hərtərəfli mənimsənilməsini təmin edir.

    Yeni istifadəyə verilmiş tətbiq istifadəçi interfeysi də daxil olmaqla bütünlüklə Azərbaycan dilindədir. Platformaya xüsusi olaraq layihə üçün hazırlanmış 789 video, 358 jest dili sözü və 27 illüstrativ şəkil daxil edilib ki, bu da öyrənmə prosesini həm maraqlı, həm də səmərəli edir. Bu məzmun istifadəçilərə jest dili lüğətini genişləndirməyə kömək etməklə yanaşı, vizual və interaktiv alətlər vasitəsilə real ünsiyyət ssenarilərini məşq etməyə imkan verir.

    Mobil tətbiqi bütün əsas tətbiq platformalarından yükləmək mümkün olacaq.

    bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, dedi:

    “Əsl inklüzivlik ünsiyyətdən başlayır. Bu mobil tətbiqin hazırlanmasına dəstək göstərməklə, bp və onun tərəfdaşları, “Nar” və ADA Universiteti öz səylərini birləşdirərək hər kəsin eşidilə və duyula biləcəyi bir cəmiyyətin qurulmasına töhfə vermək niyyətindədirlər. Bu layihə təkcə innovativ bir öyrənmə vasitəsi təmin etmir, o, həm də anlama, empatiya və ünsiyyət üçün yeni imkanlar yaradır. İnanırıq ki, hər bir insan özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməsi üçün müvafiq vasitələrlə təmin edilməlidir. İnklüzivliyi, bərabər istifadə hüququnu və bərabər imkanları təşviq etməklə bu layihə həmin məqsədə yönəlmiş səyləri dəstəkləyir.”

    12 aya tamamlanmış bu layihəyə bp və onun tərəfdaşlarının töhfəsi təxminən 117,000 AZN (68824 ABŞ dolları) təşkil etmişdir. Bu məbləğ layihənin bütün mərhələləri, yəni məlumatların toplanması, jest dili üzrə mütəxəssislərlə məsləhətləşmələr, tətbiqin dizaynı, hazırlanması və sınaqdan keçirilməsi, eləcə də tətbiqin onlayn platformalarda yerləşdirilməsi və bulud hostinq xidmətləri üzrə xərcləri əhatə edir.

    Layihənin icraçısı ADA Universiteti və ADA Universiteti Fondudur.

    #Elm və Təhsil Nazirliyi #Azəri-Çıraq-Günəşli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Təhsil sənədlərinin “mygov” üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir

    10 Yanvar 2026 12:57

    Azərbaycanın Milli Neft Strategiyası və Dövlət Neft Fondunun Yaranması

    29 Dekabr 2025 17:12

    Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər

    26 Dekabr 2025 21:39

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    17 Dekabr 2025 19:08

    Bakıda “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçiriləcək

    12 Dekabr 2025 16:05

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib

    19 Noyabr 2025 19:45

    Hazırda məktəbəqədər bir uşağın dövlətə düşən illik xərci təxminən 4500 manat təşkil edir - Emin Əmrullayev

    13 Noyabr 2025 12:38

    Azərbaycan və Britaniya konsulluq məsələləri üzrə məsləhətləşmələr aparıb

    31 Oktyabr 2025 23:33

    Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

    20 Oktyabr 2025 21:32

    9 ayda 20,7 milyon ton neft, 38,2 milyard kubmetr təbii qaz hasil olunub

    15 Oktyabr 2025 10:41

    Ərdoğan Azərbaycana səfərə gəlib

    7 Oktyabr 2025 12:43

    Türkiyə Qarabağda məktəb inşa edəcək

    23 Sentyabr 2025 15:18
    Demo
    XƏBƏR LENTİ

    4SİM Davosda Ümumdünya İqtisadi Forumunun illik toplantısında təmsil olunub

    Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabat üçün Rusiya və Qərb laboratoriyalarının ekspert rəyini gözləyir

    Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

    Brüsseldə YPG/SDQ tərəfdarlarının aksiyasına polis sərt müdaxilə edib

    Delsi Rodriqes ABŞ-a səfər edəcək

    Əsas məsələ Ukraynadır, Qrenland deyil - Rutte

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    Keçən il Səudiyyəlilərin Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    Rusiyanın bu aeroportu satışa çıxarılacaq

    Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.