Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Tarix

    Azərbaycanın Milli Neft Strategiyası və Dövlət Neft Fondunun Yaranması

    29 Dekabr 2025 17:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi.

    Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Həmin dövrlərdə ölkə hərbi təcavüzə məruz qalmış, müxtəlif xarakterli risklərlə üzləşmişdi. Ölkənin inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı. Bu strategiya 3 mühüm komponenti özündə ehtiva edir:

    • xarici sərmaye və təcrübənin ölkəyə cəlb edilməsi,
    • çoxvariantlı ixrac sisteminin qurulması,
    • təbii sərvətlərdən əldə olunan gəlirlərin şəffaf və səmərəli idarə edilməsi.

    1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş yeni sazişlərin imzalanmasına geniş yol açdı. İmzalanmış neft-qaz müqavilələri, “qara qızılın” boru kəmərləri ilə ixracının başlanması ölkəyə böyük həcmdə gəlirlər gətirdi. Artan gəlirlər onların saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaranmasını şərtləndirdi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyan İlham Əliyevin birbaşa təşəbbüsü ilə bu ideyanın gerçəkləşdirilməsi mümkün oldu. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi.

    Nəticədə ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi.

    ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

    #Azərbaycan #neft #Bakı #Prezident İlham Əliyev #Ümummilli Lider Heydər Əliyev #Azəri-Çıraq-Günəşli #Əsrin Müqaviləsi #Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    29 Dekabr 2025 18:28

    Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    29 Dekabr 2025 18:01

    İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

    29 Dekabr 2025 17:47

    AYNA 2025-ci ildə nəqliyyat sahəsində görülən işləri açıqlayıb

    29 Dekabr 2025 17:35

    Türkiyə limanları ilə 28 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    29 Dekabr 2025 17:09

    Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

    29 Dekabr 2025 16:55

    Azərbaycan və Oman arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib

    29 Dekabr 2025 16:15

    Azərbaycan və Ruanda arasında hava əlaqəsi haqqında Saziş təsdiqlənib

    29 Dekabr 2025 16:14

    Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə Əlavə Protokol təsdiqlənib

    29 Dekabr 2025 16:13

    Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2026-cı il büdcəsini təsdiqləyib

    29 Dekabr 2025 16:12

    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti təkmilləşdirilir

    29 Dekabr 2025 16:11

    Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb

    29 Dekabr 2025 16:10
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

    Nazirliyin qurumları arasında e-xidmətlərlə bağlı hakaton keçirilib

    Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

    İraq Parlamenti, yeni sədr və müavinlərini seçmək üçün bir araya gəlib

    İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

    AYNA 2025-ci ildə nəqliyyat sahəsində görülən işləri açıqlayıb

    Azərbaycanın Milli Neft Strategiyası və Dövlət Neft Fondunun Yaranması

    Türkiyə limanları ilə 28 milyon tondan çox xam neft məhsulları daşınıb (ÖZƏL)

    İran ABŞ-la danışıqların yalnız rəsmi kanallarla aparılacağını bildirdi

    Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.