Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar

    3 Sentyabr 2025 11:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad yetərli deyil, dəyişiklik üçün şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması tələb olunur.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

    İşin hallarına görə, iddiaçı adının daha yaxşı səsləndiyini düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında, təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə müraciət edib.

    Birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin etməyib.

    Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

    Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

    Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir:

    uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir;
    İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.
    İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

    Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunub-olunmadığına diqqət yetirməlidir.

    Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.

    Həmçinin adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır.

    Ali Məhkəmə qərarında qeyd edib ki, iddiaçının fərdi marağı onun şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına müdaxilə etmişdir. Lakin hazırkı işin halları baxımından cavabdehin imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olmuşdur. İddiaçının sadəcə simvolik və emosional motivasiyalara əsaslanan ad-soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil.

    Yuxarıda şərh edilənlərə əsasən, Ali Məhkəmə iddiaçının şikayətini təmin etməyib, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    #Ali Məhkəmə #Bakı Apellyasiya Məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb

    31 Oktyabr 2025 12:29

    Milli Məclis Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

    31 Oktyabr 2025 11:54

    Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir

    24 Oktyabr 2025 11:13

    "6 milyon dolları böldük" - DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derrazın məhkəməsi

    12 Sentyabr 2025 09:54

    ABŞ Ali məhkəməsi Trampın tətbiq etdiyi rüsumların qanuniliyini araşdıracaq

    10 Sentyabr 2025 07:00

    Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib

    3 Sentyabr 2025 16:40

    Tramp deyir ki, amerikalıların çoxu diktatura tərəfdarıdırlar

    26 Avqust 2025 09:57

    Xaricdə “Abu Malik” kod adı ilə vətəndaşlarımızı tutdururdu, özünü DTX həbs etdi

    21 İyul 2025 14:33

    ABŞ-ın digər dövlətlərə müdaxiləsi qəbuledilməzdir - Braziliya Prezidenti

    19 İyul 2025 22:38

    Ali Məhkəməyə yeni hakimlər təyin edilib

    8 Oktyabr 2024 12:19

    Vaqif Xaçaturyanın şikayəti təmin edilmədi

    15 Yanvar 2024 12:22

    Ölkəmizdə azad seçkilərin keçirilməsi üçün bütün şərtlər mövcuddur – İnam Kərimov

    8 Yanvar 2024 11:45
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Türkmənistana tekstil ixracı 11 milyon dolları keçib (ÖZƏL)

    Ceyhun Bayramov Peter Siyarto ilə görüşüb

    Türkiyə, Misir vasitəsilə Qəzzaya humanitar yardım göndərib

    İranla diplomatik əlaqələr vacibdir - Slovakiya

    Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələyə çatır - Hikmət Hacıyev

    Əfqanıstan Pakistanla görüşlərə başladı, Türkiyə və Qətərə təşəkkür etdi

    Tofiq Cavadovun 100 illik yubileyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” sərgisi açılıb

    ABŞ senatorları Trampın nüvə testi göstərişini tənqid etdi

    Sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard dolları keçib (ÖZƏL)

    Kral Çarlz qardaşı Endrunu titullarından və evindən məhrum edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.