Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ Ali məhkəməsi Trampın tətbiq etdiyi rüsumların qanuniliyini araşdıracaq

    10 Sentyabr 2025 07:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ABŞ Ali Məhkəməsi prezident Donald Tramp tərəfindən digər ölkələrə qarşı tətbiq edilən bir sıra gömrük rüsumlarının qanuniliyini sürətləndirilmiş prosedurla araşdırmağa razılıq verib.

    AzerVoice xəbər verir ki, məhkəmənin yaydığı bildirişə əsasən, tərəflərin dinləmələri bu ilin noyabr ayında başlayacaq.

    Sənəddə qeyd olunub ki, dinləmələr 2025-ci ilin noyabr ayının ilk həftəsinə təyin edilib. Tərəflər öz arqumentlərini yazılı şəkildə sentyabrın 19-dək məhkəməyə təqdim etməlidirlər. Rüsumlar məhkəmə araşdırması başa çatana qədər qüvvədə qalacaq.

    Sürətləndirilmiş prosedur işin ilin sonunadək nəticələnməsi ehtimalını artırır. Əks halda, adi qaydada baxılsaydı, qərarın ən tez 2026-cı ilin yayında çıxarılması mümkün olardı.

    Xatırladaq ki, sentyabrın 4-də Tramp administrasiyası Ali Məhkəmədən avqustun 29-da Kolumbiya federal dairəsinin apellyasiya məhkəməsi tərəfindən çıxarılan qərarı ləğv etməyi xahiş etmişdi. Həmin qərara görə, Vaşinqtonun tətbiq etdiyi bir çox rüsumlar qanunsuz hesab edilib, çünki Trampın onları tətbiq etmək üçün hüquqi səlahiyyəti olmadığı vurğulanıb. Administrasiya isə bu qərarın digər ölkələrlə aparılan ticarət danışıqlarında “qeyri-müəyyənlik” yaratdığını və əldə olunmuş sazişləri “təhlükə altına qoyduğunu” bildirir.

    Qeyd edək ki, apellyasiya məhkəməsinin qərarı ABŞ-ın aprel ayında bir sıra ölkələrə, həmçinin fevralda Çin, Kanada və Meksika məhsullarına tətbiq etdiyi rüsumlarla bağlı idi. İş isə biznes nümayəndələrinin ABŞ hökumətinə qarşı qaldırdığı iddia əsasında başlanmışdı. Sahibkarlar rüsumların qanunsuz olduğunu və şirkətlərinə ciddi zərər vurduğunu bəyan ediblər.

    #ABŞ #Donald Tramp #Ali Məhkəmə #məhkəmə #Gömrük rüsumu #rüsumlar #rüsum #Gömrük rüsumları #ABŞ rüsumları #Görmük rüsumları #araşdırma #məhkəmə araşdırması #rüsumların qanuniliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu gün Franklin Fransaya səfər etdi

    26 Oktyabr 2025 02:15

    Çin prezidenti ilə görüşümüz məhsuldar olacaq - Tramp

    25 Oktyabr 2025 21:15

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    “Dəmir qadın” Sanai Takaiçi - Yaponiyanın ilk qadın baş naziri

    25 Oktyabr 2025 14:18

    Tramp Kim ilə görüşəcək ?

    25 Oktyabr 2025 10:51

    Ərdoğan: Qətər və Oman ilə Eurofighter təyyarələrinin alınması danışıqları müsbət istiqamətdə gedir

    25 Oktyabr 2025 02:00

    Türkiyə sabiq MİT əməkdaşını Suriyaya səfir təyin edib

    25 Oktyabr 2025 01:00

    ABŞ sərhədlərdə üz tanıma texnologiyasını genişləndirir

    24 Oktyabr 2025 23:16

    Bakı Arbitraj Mərkəzinin açılış mərasimi keçirilir

    24 Oktyabr 2025 11:13

    Tramp Kanada ilə ticarət danışıqlarını dayandırıb

    24 Oktyabr 2025 10:49

    Dünyanın ilk şaquli qalxış edən döyüş təyyarəsi ağıllı pilot tərəfindən idarə olunur

    24 Oktyabr 2025 07:00

    Tramp oktyabrın 30-da Si Cinpinlə görüş keçirəcək - Ağ Ev

    23 Oktyabr 2025 22:32
    Demo
    XƏBƏR LENTİ

    Bir hadisə, iki baxış: Qədir-Xum mübahisəsinin tarixi kökləri

    Siyasət mənim qanımdadır - Kamala Harris

    Türkiyəyə Azərbaycandan nefti ixracı 70 faizə yaxın azalıb

    Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

    Diyarbəkir hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

    Yuxuda akkоrdеоn görmək

    Bu gün Corc Buş “Patriot Aktı”nı imzaladı: ABŞ-da terrorla mübarizədə yeni mərhələ başladı

    Bu gün Franklin Fransaya səfər etdi

    Zəfər xronikası. 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

    Tarixdə bu gün - 26 oktyabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.