Əsas səhifə » Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

BAKI, AzerVoice

FETÖ-nün mövcud maliyyə strukturuna keçirilən əməliyyatda 16 nəfər barəsində həbs qərarı çıxarılıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Respublika Baş Prokurorluğu açıqlama verib.

Terror Cinayətləri İstintaq Bürosu tərəfindən mərkəzi Ankara olan iki şəhərdə aparılan istintaq çərçivəsində FETÖ-nün hazırkı maliyyə strukturunda olan 16 şübhəli həbs olunub.

Qeyd edək ki, Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi şübhəlilərin saxlanılması və Respublika Baş Prokurorluğuna təhvil verilməsi istiqamətində yardımlarını davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice