BAKI, AzerVoice
Ekrem İmamoğlu Akın Gürlek məhkəmə işində hakim qarşısına çıxacaq.
AzerVoice xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun İstanbul Baş prokuroru haqqında verdiyi ifadələrə görə açılan cinayət işi üzrə bu gün üçüncü məhkəmə iclası keçiriləcək.
Yanvarın 20-də İstanbul Böyükşəhər Bələdiyyə Başçısı olaraq qatıldığı paneldə İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi haqqında verdiyi ifadələrə görə “dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək”, “təhdidlər” və “terrorla mübarizədə iştirak edən şəxsləri hədəfə almaq”da ittiham olunan Əkrəm İmamoğlu barəsində açılan cinayət işi üzrə üçüncü məhkəmə iclası keçiriləcək.
Məhkəmə İstanbul Ədliyyəsində 14-cü Ağır Cəza Məhkəməsinin tutumu yetərli olmadığı üçün Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinin şəhərciyindəki 1 saylı məhkəmə zalında başlayacaq.
Xatırladaq ki, Ekrem İmamoğlu, 2025-ci il martın 23-də vəzifəsindən uzaqlaşdırılıb və “cinayətkar təşkilata rəhbərlik etmək”, “rüşvət alma” və “tender saxtakarlığı” ittihamları ilə həbs edilib. Bundan sonra müxtəlif tarixlərdə keçirilən yeddi əməliyyatda ümumilikdə 303 nəfər saxlanılıb.