Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə qeyri-formal məsləhətləşmələr keçirilib

    28 İyul 2024 05:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə iyulun 26-27-də Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertləri, Banqladeş və Barbadosun iqlim məsələlərinə məsul nazirləri, habelə ümumilikdə 40-dan artıq olmaqla, beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən, eləcə də iqlim danışıqlarında fəallıq nümayiş etdirən ölkələr iştirak edib.

    İyulun 26-da açılış nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Paris Sazişinin bütün sütunları üzrə tərəqqiyə nail olunmasında COP29 Sədrliyinin qətiyyətindən söz açaraq şəffaf və məqsədyönlü danışıqların əhəmiyyətinə diqqət çəkib, cari iqlim danışıqlarında fikir ayrılığının mövcud olduğu sahələr üzrə tərəfləri konstruktivlik nümayiş etdirməyə çağırıb.

    COP29-da iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunun Paris Sazişi üçün sınaq testi olacağını vurğulayan Yalçın Rəfiyev danışıqlarda irəliləyişə nail olmaq baxımından COP29 Sədrliyi tərəfindən prosesin siyasi müstəviyə qaldırıldığını, COP29-a qədərki sessiyalararası dövrdə Azərbaycan tərəfinin nazirlər, nümayəndə heyətlərinin rəhbərləri və ekspertlər səviyyəsində dialoqun aparılmasını təşviq etməyə davam edəcəyini, tərəflərlə aparılan dialoqa əlavə töhfə verilməsi məqsədilə “nazirlər cütlüyü”nün (Misir və Danimarka) müəyyən edildiyini diqqətə çatdırıb. Baş danışıqçı NCQG üzrə hazırkı mətnin daha da təkmilləşdirilməsinin vacibliyinə toxunaraq tərəfləri səylərini artırmağa çağırıb.

    COP29 baş danışıqçısı Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinin COP Sədrliyimizin ikinci əsas prioriteti olduğunu qeyd edərək fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dövlətlər və beynəlxalq danışıqlar qrupları tərəfindən konstruktivlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

    Çıxışda COP28-in yekun sənədinin həyata keçirilməsi, adaptasiya və mitiqasiya məsələləri üzrə açıq qalan məsələlərin yekunlaşdırılmasının əhəmiyyətinə diqqət çəkilib.

    Məsələhətləşmələrdə hazırda iqlim gündəliyində əhəmiyyətli yer tutan və Tərəflər və beynəlxalq ictimaiyyətin COP29-dan əsas gözləntiləri olan məsələlər – iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG), Paris Sazişinin 6-cı maddəsi, adaptasiya və mitiqasiya mövzularında plenar və qruplar şəkildə müzakirələr aparılır.

    Tədbirin yekun, bağlanış mərhələsinə COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də qatılıb. O, çıxışında Şamaxı məsləhətləşmələrində iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədrinə, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertlərinə, habelə Banqladeş və Barbadosun iqlim məsələləri üzrə nazirlərinə və beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən digər ölkələrin nümayəndələrinə COP29-un hazırlıq sessiyaları arası keçirilən bu cür görüşləri təqdir etmələrinə və COP29 Sədrliyinin təşəbbüs və səylərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib, irəliləyiş üçün tərəflərin həmrəylik və müsbət impuls nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib.

    Tədbir zamanı çıxış edən müxtəlif qonaqlar, o cümlədən UNFCCC-nin Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri Harri Vreuls, eləcə də UNFCCC Katibliyinin maliyyə məsələləri üzrə baş direktoru Danielle Violette, Banqladeşin ətraf mühit, meşə və iqlim dəyişikliyi naziri Çouduri Saber Huseyn, Barbadosun davamlı inkişaf, nəticələr üçün öhdəlik və mədəniyyət naziri Munro Şantal Maksin danışıqlarda irəliləyişin əldə edilməsi baxımından səylərin artırılmasına diqqət çəkib, tərəflər arasında dialoqun aparılması baxımından Şamaxıda keçirilən qeyri-formal məsələhətləşmələrin faydalı olacağını qeyd ediblər.

    İştirakçılar COP29 Sədrliyinin şəffaf və bitərəf vasitəçi kimi rolunu təqdir ediblər.

    COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə qeyri-formal məsləhətləşmələr keçirilib
    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fariz Rzayev Qətərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından danışıb

    9 Dekabr 2025 10:27

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    7 Dekabr 2025 13:16

    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

    4 Dekabr 2025 12:13

    Uğur simvolu olan COP29-a qarşı problem yüklü COP30

    22 Noyabr 2025 13:49

    Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub

    21 Noyabr 2025 15:27

    COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur

    20 Noyabr 2025 10:46

    COP30-da Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib

    18 Noyabr 2025 21:51

    Yalçın Rəfiyev COP30-da Azərbaycanın milli bəyanatını təqdim edib

    17 Noyabr 2025 19:43

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    14 Noyabr 2025 16:30

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    10 Noyabr 2025 17:56

    Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib

    7 Noyabr 2025 22:01

    Milli Məclisin sədri Sahibə Qafarova Braziliyada COP30-un Liderlər Sammitində çıxış edib

    7 Noyabr 2025 14:29
    Demo
    XƏBƏR LENTİ

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    La Liqada ən bahalı futbolçuların adı məlum olub

    Ukrayna orduda “xarici legionları” ləğv edir

    İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

    "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.