Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Hesabatlar

    Nigahdan kənar doğulan “Ərəbistanlı Lourens” haqqında bilmədiyiniz 10 fakt

    17 Avqust 2025 09:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Ərəbistanlı Lourens (Tomas Edvard Lourens) Birinci Dünya müharibəsində Osmanlıya qarşı ərəb üsyanında iştirak etmiş britaniyalı zabit idi. O, regionu yaxşı tanıdığı üçün Britaniya kəşfiyyatında mühüm rol oynamışdı. Hərbi təlim keçməsə də, ərəb dəstələrinə rəhbərlik edərək bir sıra əməliyyatlarda iştirak edib. Müharibədən sonra siyasi işlərdə də fəaliyyət göstərmiş, lakin şöhrətdən uzaq durmağa çalışmışdı. 1935-ci ildə motosiklet qəzasında həlak olmuşdur.

    1. Lourens nigahdankənar doğulub və atasının ölümündən sonra həqiqəti öyrənib

    1879-cu ildə 18 yaşlı Sara Lourens irland zadəganı Sir Tomas Çapmanın malikanəsinə onun dörd qızına müəllimə işləməyə gəlmişdi. Çox keçmədən Çapmanla gizli münasibət qurdu və 1888-ci ildə oğlan uşağı dünyaya gətirdi. Skandal üzə çıxanda Çapman arvadını tərk edib yeni sevgilisi ilə İngiltərəyə köçdü. Onlar heç vaxt evlənmədilər, amma “Lourens” soyadını götürüb ər-arvad kimi davrandılar. Cütlüyün ikinci övladı olan Tomas Edvard Lourens yalnız 1919-cu ildə atasının ölümündən sonra ailəsinin əsl hekayəsini öyrəndi.

    2. Həqiqi Lourens qısa boylu idi

    1962-ci ildə çəkilən “Ərəbistanlı Lourens” filmində baş rolu oynayan Piter O'Tul 1,90 m boyu ilə ekranda uca görünürdü. Halbuki həqiqi Lourensin boyu cəmi 1,65 m idi. Uşaqlıqda keçirdiyi “qulaq dibi xəstəliyi” (mumps) onun boyunun qısa qalmasına səbəb olmuş ola bilər.

    3. İlk dəfə Yaxın Şərqə Oksford tələbəsi kimi səyahət etdi

    1909-cu ilin yayında Lourens Suriyaya və Fələstinə gedərək xaçlıların qalalarını öyrənmək üçün 1000 kilometrdən çox yolu piyada qət etdi. Bu səfərdə o, quldurların hücumuna məruz qaldı, döyüldü və yaralandı. Buna baxmayaraq, bir il sonra Britaniya Muzeyinin arxeoloji ekspedisiyası ilə yenidən Suriyaya döndü. Bu illər ərzində ərəb dilini öyrəndi və ərəblərə xüsusi bağlılıq hissi yarandı.

    4. Heç vaxt hərbi təlim keçməyib

    1914-cü ildə Britaniya ordusu onu Sinay yarımadasında arxeoloji ekspedisiyaya göndərdi, amma əslində bu, Osmanlı imperiyasının ərazilərini öyrənmək üçün gizli hərbi missiya idi. Birinci Dünya müharibəsi başlayanda Lourens Qahirədə kəşfiyyat zabiti kimi masa arxasında işləyirdi. 1916-cı ildə o, təlimsiz olmasına baxmayaraq, ərəb üsyanı zamanı döyüş yürüşlərinə və təhlükəli əməliyyatlara rəhbərlik etməyə başladı.

    5. Müharibədə iki qardaşını itirdi

    1915-ci ildə Lourensin iki qardaşı — Frank və Uill — Qərb cəbhəsində həlak oldu. Bu itki və Qahirədə masa arxasında işləməsi Lourensi vicdan əzabına saldı və o, ön cəbhəyə getmək qərarı verdi.

    6. Şöhrəti müharibədən sonra gəldi

    Birinci Dünya müharibəsinin sonunda Lourensin fəaliyyəti geniş tanınmadı. Hətta onun başına mükafat qoymuş türklər belə, necə göründüyünü bilmirdilər. Lakin 1919-cu ildə amerikalı müxbir Louel Tomas Yaxın Şərqdə gördüklərini foto və filmlərlə təqdim edəndə, Lourens qəhrəmana və dünya şöhrətli simaya çevrildi.

    7. Şöhrət ordenini (knighthood) rədd etdi

    1918-ci ildə Kral Corc V Lourensi saraya dəvət etdi və ona şöhrət ordeni təqdim etmək istədi. Lakin Lourens britaniyalıların ərəblərə verdiyi müstəqillik vədini yerinə yetirmədiyini düşündüyü üçün bu mükafatı rədd edib saraydan çıxdı.

    8. Uinston Çörçillə çalışdı

    1921-ci ildə Uinston Çörçill müstəmləkələr naziri olduqda Lourensi ərəb məsələləri üzrə müşavir təyin etdi. Onların münasibətləri dostluğa çevrildi və ömür boyu davam etdi.

    9. Müharibədən sonra saxta adlarla yenidən orduya qoşuldu

    1922-ci ildə Lourens məşhurluqdan qaçmaq üçün “Con Hium Ross” adı ilə Kral Hava Qüvvələrinə yazıldı. Jurnalistlər kimliyini üzə çıxardıqdan sonra ordudan kənarlaşdırıldı. Daha sonra “Tomas Edvard Şou” adı ilə Tank Korpusuna qoşuldu. Bu təxəllüsü o, dostu Corc Bernard Şounun şərəfinə götürmüşdü və ömrünün sonuna qədər istifadə etdi.

    10. Motosiklet qəzasında öldü

    Lourens motosiklet həvəskarı idi və 7 fərqli Brough Superior markalı motosikletə sahib olmuşdu. 1935-ci ilin mayında SS100 modeli ilə sürətlə hərəkət edərkən yolunda iki velosipedçi uşaq gördü və onlardan yayınmaq üçün manevr etdi. Lakin idarəni itirərək ağır beyin travması aldı və 19 may 1935-ci ildə, 46 yaşında vəfat etdi.

    #Yaxın Şərq #Uinston Çörçillin Sovet planı #Ərəbistanlı Lourens #ərəb üsyanı #Uinston Çörçill #Qədim Yaxın Şərq #İngilis kəşfiyyatı #Lawrence of Arabia filmi #Tomas Edvard Lourens
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Suriya: köhnə Yaxın Şərqdə yeni enerji geosiyasəti

    5 Noyabr 2025 13:58

    Bakıda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib

    29 Oktyabr 2025 20:00

    Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib

    27 Oktyabr 2025 18:26

    Ərəb miqrantları və ABŞ - Kök salan icmaların tarixi

    25 Oktyabr 2025 12:00

    Pakistan beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi davam etdirməyə çağırır

    25 Oktyabr 2025 09:14

    Knesset İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib

    22 Oktyabr 2025 20:54

    Marko Rubio İsrailə səfər edəcək

    22 Oktyabr 2025 13:13

    İsrail razılaşmaya zidd olaraq Rəfah sərhəd qapısını açmayacaq

    14 Oktyabr 2025 20:41

    Şeybani Livana qapıdan daxil olur

    14 Oktyabr 2025 09:00

    Böyük Britaniyanın Baş naziri Misirdə Ərdoğanla görüşüb

    13 Oktyabr 2025 18:58

    İsrail qüvvələri atəşkəs razılaşmasının ilk mərhələsi çərçivəsində 83 fələstinli məhbusu azad edib

    13 Oktyabr 2025 13:11

    Qəssam Briqadaları atəşkəsin birinci mərhələsində 20 israilli girovu azad edəcək - HƏMAS

    13 Oktyabr 2025 12:01
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Hitlerin həyatına sui-qəsd cəhdi uğursuz oldu

    Tarixdə bu gün - 8 noyabr

    Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

    Zəfər xronikası. 8 noyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunduğunu açıqlayıb

    Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

    Azərbaycanda Zəfər Günü qeyd olunur

    Bu gün Zəfər Günüdür

    44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

    Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.