Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Bakıda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib

    29 Oktyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Gülüstan sarayında rəsmi qəbul keçirilir.

    AzerVoice xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.

    Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan ziyafətdə qonaqlar sırasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, hərbi attaşelər, ictimai-siyasi xadimlər, parlament üzvləri, media nümayəndələri də yer alırlar.

    İlk çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, müasir Türkiyə Respublikası, I Dünya müharibəsindən sonra Anadolunu işğal etməyə çalışan imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk xalqının apardığı milli mübarizənin nəticəsində 1923-cü ildə qurulub. Bu gün Respublikamızın 102-ci ildönümünü qeyd edirik. Bayramımız mübarək olsun!

    O bildirib ki, ölkəmizin xarici siyasətdə əsas prinsipi, yaranışından bəri, ilk növbədə qonşularımız olmaqla, bütün dünya xalqları ilə sülh içində yaşamaqdır. Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu prinsipi ən gözəl şəkildə ifadə edir:

    "Tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə bu günkü Türkiyə Respublikası, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində qlobal miqyasda özünəməxsus, prinsipial və təsirli bir aktora çevrilmişdir.

    Türkiyə siyasi və iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Qərb dünyasının güclü tərəfdaşıdır. NATO ittifaqı çərçivəsində təhlükəsizlik, Avropa Şurası üzvlüyü kontekstində demokratiya və insan haqları standartları, eləcə də Avropa İttifaqı ilə əldə edilmiş gömrük birliyi sayəsində ölkəmiz Transatlantik dünyanın mühüm bir hissəsidir.

    Lakin Türkiyə, II Dünya müharibəsindən sonra qurulan Qərb mərkəzli dünya sisteminin dərin şəkildə dəyişməkdə olduğunun və çoxqütblü bir qlobal sistemə doğru inkişaf etdiyinin fərqindədir. Buna görə də Türkiyə, bütün beynəlxalq platformalarda daha ədalətli bir dünyanın qurulması üçün aktiv və öncül rol oynayır.

    Digər tərəfdən, Türkiyə, sivilizasiya ənənəsi baxımından da İslam dünyasının mühüm bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əhəmiyyətli rollar icra edir.

    Son illərdə ölkəmiz, Türk Dövlətləri Təşkilatı vasitəsilə Türk dünyası ilə münasibətlərini çoxşaxəli şəkildə inkişaf etdirir. Türk dünyası mədəni baxımdan bizim ortaq ailəmizdir. Qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsi xalqlarımızın əsas arzusu və gözləntisidir. Lakin bu birlik üçüncü ölkələrə qarşı yönəlmiş bir qurum deyil. Onun məqsədi qardaş xalqların əməkdaşlıq və həmrəylik yolu ilə inkişaf etməsi, tərəqqi və rifahının artırılmasıdır. “Orta Dəhliz” adlandırdığımız bu marşrutun gücləndirilməsi əslində bütün dünyanın ümumi maraqlarına xidmət edir".

    Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxışında qeyd edib ki, müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürk dərin ehtiramla xatırlayaraq qeyd edib ki, Böyük Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayanır.

    Sahibə Qafarova vurğulayıb ki, müasir dövrün böyük siyasi və dövlət xadimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün qardaş ölkəmiz yeni beynəlxalq münasibətlər sisteminin cizgilərini müəyyən edən dövlətlər arasında aparıcı yer tutur. Türkiyə müstəqil və çoxvektorlu xarici siyasəti ilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.

    Spiker diqqətə çatdırıb ki, Yaxın Şərqdən başlamış Şərqi Avropayadək bir sıra böhranlı regionlarda Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir, bütün dünyada dərin hörmət və rəğbət doğurur. Türkiyənin diplomatiyası çeviklik və müdrikliyin rəmzi, səsi isə sülh, sabitlik və ədalətin sədasıdır:

    "Türk xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi iqtisadiyyat, elm, texnologiya, müdafiə sənayesi və digər sahələrdə heyrətamiz uğurların əldə edilməsinə gətirib çıxarıb. Qardaş ölkə bu gün dünyanın ən böyük iqtisadiyyatları sırasında layiqli yer tutur, strateji sahələrdə mühüm layihələr həyata keçirir. Türkiyə qitələri birləşdirən enerji, nəqliyyat və logistika marşrutlarının əsas mərkəzinə çevrilib.

    Türkiyə gələcəyə inamla baxan, milli dəyərlərə sadiq və yeniliyə açıq ölkədir. Türkiyənin təcrübəsi sübut edir ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlar ilə deyil, həm də mənəvi məsuliyyəti, qurub-yaratmaq və müdafiə etmək qabiliyyəti ilə ölçülür".

    Bakıda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib
    Bakıda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib
    Bakıda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib
    #Rəcəb Tayyib Ərdoğan #İslam Əməkdaşlıq Təşkilatı #Sahibə Qafarova #Yaxın Şərq #Birol Akgün #Türkiyə Azərbaycan münasibətləri #Gülüstan sarayı #Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrini qərəzli adlandırıb

    17 Dekabr 2025 16:00

    Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

    16 Dekabr 2025 16:40

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    15 Dekabr 2025 17:12

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Türkiyə-Rusiya görüşü - Ərdoğan Putinlə ilə sülh səylərini müzakirə etdi

    13 Dekabr 2025 15:03

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49

    Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində birgə şirkət yaradıb

    12 Dekabr 2025 13:20

    Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

    12 Dekabr 2025 11:26

    Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

    12 Dekabr 2025 10:28

    Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

    12 Dekabr 2025 09:06

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49
    Demo
    XƏBƏR LENTİ

    3 il öncə bu gün Messi dünya kubokunu qazandı, Argentina Fransanı məğlub etdi

    Türkiyədən Qazaxıstana hazır geyim ixracı 420 milyon dolları keçib (ÖZƏL)

    Bu gün Yaponiya Honkonqu işğal edib

    Bu gün ABŞ-da köləlik ləğv edildi

    Bu gün Tramp impiçment edildi

    Türkiyə və Azərbaycan arasında ticarət sahəsində məqsədlərimizə çatmağa çalışırıq - Hüseyn Böyükfırat

    Tarixdə bu gün – 18 Dekabr

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.