Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Din

    Müəzzin haqqında nə bilirik?

    2 Fevral 2025 16:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Müəzzin, məscidlərdə əzan oxuyan və namazlara çağıran şəxsdir. Müəzzin, İslam cəmiyyətində əhəmiyyətli bir yerə sahibdir. Bəs müəzzinin vəzifəsi necə yerinə yetirilir

    Əzan Oxuma: Müəzzin, namaz vaxtı daxil olduğunda azanı oxuyur. Azanın sözləri aşağıdakılardır:

    Allahu əkbər - (4 dəfə), (Allah ən böyükdür).
    Əşhədu əllə iləhə illə-l-lah - (2 dəfə), (Mən şəhadət verirəm ki, Allahdan başqa haqq ilah "məbud" yoxdur).
    Əşhədu ənnə Muhəmmədə-r-rasulullah - (2 dəfə), (Mən şahədət verirəm ki, Məhəmməd Allahın elçisidir).
    Hayyə alə-s-saləh - (2 dəfə), (Namaza tələsin!).
    Hayyə alə-l-fələh - (2 dəfə), (Xeyir işə, nicata, qurtuluşa tələsin!).
    Allahu Əkbər - (2 dəfə), (Allah ən böyükdür).
    Lə iləhə illə-l-lah - (1 dəfə), (Allahdan başqa haqq ilah "məbud" yoxdur).

    Bu sözlərlə müəzzin, insanları namaza çağırır.

    Qamət gətirmək: Fərz namazından əvvəl qamət gətirilir. Qamət, əzanın təkrarıdır, amma "Qəd qəmetis-salah" (Namaz başlamaq üzrə) əlavəsi ilə edilir.
    Allahu əkbər (2 dəfə), (Allah ən böyükdür).
    Əşhədu əllə iləhə illə-l-lah - (1dəfə), (Mən şəhadət verirəm ki, Allahdan başqa haqq ilah "məbud" yoxdur).
    Əşhədu ənnə Muhəmmədə-r-rasulullah - (1 dəfə), (Mən şahədət verirəm ki, Məhəmməd Allahın elçisidir).
    Hayyə alə-s-saləti - (1 dəfə), (Namaza tələsin!).
    Hayyə alə-l-fələh - (1 dəfə), (Xeyir işə, nicata, qurtuluşa tələsin!).
    Qad qaməti-s-salətu, (2 dəfə), (Artıq namaz başlandı).
    Allahu Əkbər - (2 dəfə), (Allah ən böyükdür).
    Lə iləhə illə-l-lah - (1 dəfə), (Allahdan başqa haqq ilah "məbud" yoxdur).

    Abdullah ibn Zeyd ibn Abdi-Rabbihi (Allah ondan razı olsun) belə deyir: "Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi. Lakin xaçpərəstlər də belə etdikləri üçün peyğəmbər bundan narahatlıq hissi keçirirdi. Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əynində yaşıl paltar, əlində isə zəng var idi. Mən ona dedim: Ey Allah bəndəsi, zəngi satırsanmı? O dedi: Onu nə edirsən? Mən dedim: Biz onunla camaatı namaza çağıracayıq. O dedi: Mən sənə bundan daha xeyirlisini deyimmi? Mən dedim: Əlbəttə, de. O dedi: Bax belə deyirsən:

    Allahu Əkbər, Allahu Əkbər.
    Allahu Əkbər, Allahu Əkbər.
    Əşhədu əllə iləəhə illəllah.
    Əşhədu əllə iləəhə illəllah.
    Əşhədu ənnə Muhəmmədən Rasulullah.
    Əşhədu ənnə Muhəmmədən Rasulullah.

    Həyyə alə-s-Saləh.
    Həyyə alə-s-Saləh.
    Həyyə alə-l-Fələh.
    Həyyə alə-l-Fələh.
    Allahu Əkbər, Allahu Əkbər.
    Lə iləəhə illəllah.

    Sonra bir az aralandı və dedi: Namaza durduqda isə (yəni iqamə verdikdə) belə deyirsən;

    Allahu Əkbər, Allahu Əkbər.
    Əşhədu əllə iləəhə illəllah.
    Əşhədu ənnə Muhəmmədən Rasulullah.
    Həyyə alə-s-Saləti.
    Həyyə alə-l-Fələh.
    Qad qaaməti-s-Salət. Qad qaaməti-s-Salət.
    Allahu Əkbər, Allahu Əkbər.
    Lə iləhə illəllah.

    Abdullah ibn Zeyd ibn Abdi-Rabbihi deyir: Səhər açılanda peyğəmbərin yanına gəldim və gördüklərimi ona danışdım. O, isə dedi: "Bu yuxu, haqq yuxudur inşallah. Sonra azan verilməsini əmr etdi. Azanı, Əbu Bəkrin köləsi Bilal oxuyurdu". (Əbu Dəvud: № 469. Əhməd: 3/ 14/ № 244; Əbu Dəvud: 2/ 169/ № 495; Tirmizi: 1/ 122/ № 189; İbn Məcəh: 1/ 232/ № 706).


    Salam Duası Oxuma
    : Namazdan sonra, müəzzin "Salam duası"nı oxuyur:"Allahümme əntə’s-selâm və minkə’s-səlam

    Təsbihat və Dualar: Namazdan sonra müəzzin, camaatla birlikdə müxtəlif zikrlər edir. Zikrlər arasında:
    Subhanallah (Allah nöqsanlardan uzaqdır)
    Əlhamdulillah (Həmd Allahadır)
    Allahu Əkbər (Allah ən böyükdür)

    Ayətü’l-Kürsü Oxuma: Hər kəs Ayətü’l-Kürsü oxuyur. Bu ayə, Allahın qüdrətini və böyüklüyünü izah edən vacib bir ayədir.

    Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İçində “kürsü” kəlməsi keçdiyi üçün bu ayəyə “Ayəti-kürsi” deyilmişdir. Burada sözügedən kürsü bildiyimiz kürsü və ya taxt mənasında deyil, Allahın şəninə layiq olan və mahiyyətini bilmədiyimiz bir şeydir.)

    Son Dua: Müəzzin, son olaraq bu duanı oxuyur:
    Lə ilahə illallah vahdəhu la şərikələh... (Allahdan başqa ilah yoxdur. Bütün mülk Ona aiddir) Bu dua, Allahın mütləq qüdrətini və təvhid inancını vurğulayır.Müəzzinlik yalnız səsli oxumaq deyil, həm də mənəvi bir məsuliyyətdir.

    #Sual-cavab
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?

    14 Oktyabr 2025 21:22

    Cinlərlə dostluq mümkündürmü?

    11 Oktyabr 2025 13:59

    Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?

    5 Oktyabr 2025 20:20

    Müsəlman kişi qadın rəhbərin idarəsi altında işləyə bilərmi?

    4 Oktyabr 2025 07:02

    Kutub-i Sittə müəllifləri Əbu Davud və Tirmizi türkdür?

    17 Sentyabr 2025 11:04

    Adəm Peyğəmbər hansı dildə danışırdı?

    13 Sentyabr 2025 16:35

    Cümə gününün fəziləti və təbrikləşmə məsələsi

    12 Sentyabr 2025 10:20

    Namazda Quran oxumağın hökmü – dörd məzhəbin baxışı

    2 Sentyabr 2025 15:41

    İslamda iffətin qorunması və şəhvətin halal yolları

    24 Avqust 2025 11:44

    Namaz və səfər: İslam hüququnda əsas prinsiplər

    19 Avqust 2025 14:08

    İslamda yemək ədəbi: Peyğəmbərin tövsiyə etdiyi qaydalar

    16 Avqust 2025 13:43

    Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

    8 Avqust 2025 07:21
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

    Qazaxıstan–Azərbaycan biznes forumu keçirilib

    Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

    Türkiyənin dəmir yolu şəbəkəsi 2026-cı ildə 14 min 437 kilometrə çatacaq

    Birlik - 2025 birgə təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

    Almaniya İsraildən 2 milyard avroluq silah alacaq

    Kasım-Jomart Tokayev: Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

    Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

    Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib

    Antiinhisar Agentliyində Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə görüş keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.