Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Türkiyə qitələri birləşdirən nəqliyyat, logistika qovşağı rolunu oynayır - Sahibə Qafarova

    29 Oktyabr 2025 20:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürk dərin ehtiramla xatırlayaraq qeyd edib ki, Böyük Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayanır.

    AzerVoice xəbər verir ki, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.

    Sahibə Qafarova vurğulayıb ki, müasir dövrün böyük siyasi və dövlət xadimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün qardaş ölkəmiz yeni beynəlxalq münasibətlər sisteminin cizgilərini müəyyən edən dövlətlər arasında aparıcı yer tutur. Türkiyə müstəqil və çoxvektorlu xarici siyasəti ilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.

    Spiker diqqətə çatdırıb ki, Yaxın Şərqdən başlamış Şərqi Avropayadək bir sıra böhranlı regionlarda Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir, bütün dünyada dərin hörmət və rəğbət doğurur. Türkiyənin diplomatiyası çeviklik və müdrikliyin rəmzi, səsi isə sülh, sabitlik və ədalətin sədasıdır:

    "Türk xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi iqtisadiyyat, elm, texnologiya, müdafiə sənayesi və digər sahələrdə heyrətamiz uğurların əldə edilməsinə gətirib çıxarıb. Qardaş ölkə bu gün dünyanın ən böyük iqtisadiyyatları sırasında layiqli yer tutur, strateji sahələrdə mühüm layihələr həyata keçirir. Türkiyə qitələri birləşdirən enerji, nəqliyyat və logistika marşrutlarının əsas mərkəzinə çevrilib.

    Türkiyə gələcəyə inamla baxan, milli dəyərlərə sadiq və yeniliyə açıq ölkədir. Türkiyənin təcrübəsi sübut edir ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlar ilə deyil, həm də mənəvi məsuliyyəti, qurub-yaratmaq və müdafiə etmək qabiliyyəti ilə ölçülür".

    Spiker vurğulayıb ki, qardaş ölkənin uğurlarına Azərbaycanda öz uğurlarımız kimi sevinirik. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə “bir millət, iki dövlətdir”. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır.

    "Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib. Müxtəlif sahələrdə iş birliyimiz dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirir, xalqlarımızın rifahına və tərəqqisinə xidmət edir. Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə deyilsə, “dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun”.

    Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir", - o əlavə edib.

    Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq:

    "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, Türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasında önəmli rol oynayıb.

    Bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır. Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək".

    Sahibə Qafarova çıxışının sonunda Türkiyə xalqını bir daha Cümhuriyyət Bayramı münasibətilə təbrik edib, Türkiyənin tərəqqisi, rifahı və xoşbəxtliyi üçün ən xoş arzularını ifadə edib.

    #Rəcəb Tayyib Ərdoğan #Milli Məclis #Sahibə Qafarova #Birol Akgün #Tədbir #Türkiyə Azərbaycan münasibətləri #Gülüstan sarayı #Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    “The Oligarch’s Design” sənədli filmi təqdim edilib

    20 Dekabr 2025 12:19

    Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək

    19 Dekabr 2025 17:27

    Azərbaycanla Oman arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək

    19 Dekabr 2025 17:26

    Avropa Parlamentinin qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir - Sevil Mikayılova

    19 Dekabr 2025 14:11

    Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edəcək: Komissiya yaradılıb

    19 Dekabr 2025 11:24

    Avropa Parlamenti Azərbaycan əleyhinə qeyri-obyektiv və qərəzli siyasətini davam etdirir – Spiker

    19 Dekabr 2025 11:18

    Hesablama Palatasının 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsi təqdim edilib

    18 Dekabr 2025 11:08

    Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrini qərəzli adlandırıb

    17 Dekabr 2025 16:00

    Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

    16 Dekabr 2025 16:40

    Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

    16 Dekabr 2025 12:39
    Demo
    XƏBƏR LENTİ

    İsrailin Qəzzaya hücumlarında həlak olanları sayı 71 minə çatır

    Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

    Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib

    Prezident İlham Əliyev "2026-cı il - “Şəhərsalma və Memarlıq İli" ilə bağlı paylaşım edib

    İran raket proqramının müdafiə xarakterli olduğunu bəyan edib

    Türkiyədən Misirə kimyəvi maddə ixracı 577 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə və Suriya təhlükəsizlik gündəmini Dəməşqdə müzakirə edib

    Sudan ordusu və müttəfiq milis tərəfindən etnik zorakılıq kampaniyası

    Prezident İlham Əliyevin Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.