Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan və İran arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub

    23 Sentyabr 2025 10:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı.AzerVoice

    Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən sədri Şahin Mustafayev Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə görüşüb.

    Bu barədə AzerVoice-ə Nazirlər Kabinetindən məlumat verilib.

    Bildirilib ki, görüşdə birgə Dövlət Komissiyasının sonuncu iclasının nəticəsi olaraq imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlərin icrası və həyata keçirilən birgə layihələrin mövcud vəziyyəti nəzərdən keçirilib.

    İqtisadiyyat, nəqliyyat, gömrük, sərhəd, neft, qaz, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın hazırkı durumu və daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

    Görüşdə həmçinin, Araz dəhlizi üzrə Ağbənd-Kəlalə körpüsünün tikintisinin, Kəlalə-Culfa yolunun genişləndirilməsinin icra vəziyyəti ilə bağlı məlumat verilib, Azərbaycan Respublikası Prezidentinin (və ya iki ölkə Prezidentlərinin) tapşırığına uyğun olaraq Bakı-Tehran-Bakı, Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasından məmnunluq ifadə olunub və reyslərin sayının artırılması, tranzit daşımalarda mövcüd məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

    Baş nazirin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində həmçinin, İran İslam Respublikasının energetika naziri Abbas Əliabadi ilə də görüşüb, iki ölkə arasında həyata keçirilən Xudafərin - Qız Qalası, Ordubad - Marazad layihələrinə dair, həmçinin, elektrik enerjisi mübadiləsi, su ehtiyyatlarının birgə səmərəli işlənməsi ətrafında müzakirələr aparıb.

    Azərbaycan və İran arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub
    Azərbaycan və İran arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub
    #İran #Azərbaycan #Xudafərin #Şahin Mustafayev #Tehran #Nazirlər Kabineti #əməkdaşlıq #Bakı–Təbriz–Bakı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan ilə Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumu təsdiq edilib

    24 Noyabr 2025 17:55

    BMT İranı Yəməndə sülh prosesinə dəstəyini davam etdirməyə çağırıb

    24 Noyabr 2025 17:37

    Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq müzakirə olunub

    24 Noyabr 2025 15:55

    Regionlarda mediasiyanın inkişafı hüquqi xidmətin keyfiyyətini artırır - Hümmət Əliyev

    24 Noyabr 2025 15:03

    Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb

    24 Noyabr 2025 14:33

    Azərbaycan XİN Türkiyə və Avstraliyanı təbrik edib

    24 Noyabr 2025 13:37

    Laricanı bu gün Pakistana səfər edəcək

    24 Noyabr 2025 13:06

    Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb

    24 Noyabr 2025 12:29

    Bakıda ilk dəfə TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu keçirilir

    24 Noyabr 2025 11:15

    Sosial şəbəkələrdə əxlaqsızlığa çağırış edənlər cərimələnəcək

    24 Noyabr 2025 10:39

    AFFA rəsmisi UEFA matçında rəsmi nümayəndə kimi çıxış edəcək

    24 Noyabr 2025 10:35

    Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilir

    24 Noyabr 2025 09:53
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Kəlbəcər Şəhəri Günüdür

    Tarixdə bu gün – 25 Noyabr

    İmralıya komissiya səfərində müsbət nəticə əldə olundu - TBMM

    Səudiyyə və BƏƏ-nin iqtisadi artım tempi açıqlanıb

    Suriyanın Homs şəhərində təxribatlara qarşı təhlükəsizlik rejimi tətbiq olunub

    Azərbaycan və Rumıniya prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    İsrail ordusu 7 oktyabr hücumuna görə bir neçə generalı vəzifədən uzaqlaşdırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.