Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan və Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

    12 Sentyabr 2025 15:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Cari ilin 11-12 sentyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edib.

    Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində nazir müavini ATƏT-in Finlandiya Sədrliyi tərəfindən Praqada təşkil olunmuş “Dəyişən iqlim şəraitində dayanıqlı gələcəyin qurulması” adlı forumda iştirak edib, ikitərəfli görüşlər keçirib.

    Forumun iqlim məsələlərinə həsr olunan sessiyasında əsas məruzəçi qismində çıxış edən Y.Rəfiyev Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının (COP29) tarixi nəticələri, qəbul olunmuş qərarlar və onların iqlim dəyişikliyi ilə mübarizə prosesinə verəcəyi töhfə barədə ətraflı məlumat verib, ATƏT-in regional təhlükəsizlik təşkilatı olaraq iqlim dəyişikliyi ilə mübarizə prosesində mümkün roluna dair fikirlərini bölüşüb.

    Səfər çərçivəsində Y.Rəfiyev həmçinin Çexiyanın xarici işlər nazirinin müavini Yan Marian və ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüş keçirib.

    Yan Marian ilə keçirilmiş görüşdə Azərbaycan ilə Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları, iqlim dəyişikliyi ilə mübarizə və COP prosesi, o cümlədən COP30-a hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

    ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüşdə Vaşinqton görüşlərinin nəticəsi olaraq ATƏT-in Minsk qrupunun ləğvi barədə qərarın qəbul edilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri, hazırkı beynəlxalq mühitdə ATƏT-in dəyişən reallıqlara uyğunlaşaraq fəaliyyətini iqlim dəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik kimi mövzuları da əhatə etməklə iştirakçı dövlətlərin mənafelərinə uyğun istiqamətlərdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Azərbaycan və Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
    Azərbaycan və Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
    Azərbaycan və Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
    #Azərbaycan #Azərbaycan XİN #ATƏT #Çexiya #COP29 #XİN #Yalçın Rəfiyev #əməkdaşlıq #COP30 #COP 30-a hazırlıq #əməkdaşlıq imkanları #Azərbaycan Çexiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda yanğın baş verib

    21 Dekabr 2025 09:55

    Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib

    20 Dekabr 2025 16:36

    Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

    20 Dekabr 2025 16:03

    Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib

    20 Dekabr 2025 15:37

    Monteneqro Vaşinqtonda əldə olunmuş razılaşmaları aqlışlayır - Ervin İbrahimoviç

    20 Dekabr 2025 15:23

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    Erməni lobbisinin revanşist strategiyası: post-münaqişə dövründə sülh gündəliyinə qarşı sistemli təzyiqlər

    20 Dekabr 2025 14:58

    ”Azərbaycan və Monteneqro arasındakı münasibətlər konkret nəticələrə və birgə işə əsaslanır” — Ervin İbrahimoviç

    20 Dekabr 2025 14:55

    Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov

    20 Dekabr 2025 13:59

    Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik - Monteneqro XİN

    20 Dekabr 2025 13:46

    Azərbaycan və Monteneqro beynəlxalq təşkilatlarda bir-birinə dəstək olur - Nazir

    20 Dekabr 2025 13:40

    Azərbaycan Monteneqro iqtisadiyyatına 1 milyard ABŞ dollarına yaxın investisiya yatırıb - Ceyhun Bayramov

    20 Dekabr 2025 13:30
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qırğızıstana xalça ixracı 19 milyon dolları keçib (ÖZƏL)

    Bakıda yanğın baş verib

    Türkiyənin Ambarlı limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Beyrut və Tehran arasında yeni və daha gərgin mərhələ

    Yuxuda qurd südü içənlər nəyə diqqət etməlidir?

    Post-həqiqət dövründə siyasi marketinq: Donald Tramp nümunəsi

    Antisemitizm İsrailə nə qazandırdı?

    Bu gün Pan Am 103 saylı reys Şotlandiya üzərində partladıldı- hadisə necə baş verdi?

    Tarixdə bu gün – 21 Dekabr

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.