
BAKI, AzerVoice
Monteneqro Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları alqışlayır.
AzerVoice xəbər verir ki, bunu Monteneqronun Baş nazirinin müavini, Xarici İşlər naziri Ervin İbrahimoviç bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Prosessin düzgün istiqamətdə inkişaf etməsindən məmnunuq. Arzu edirik ki, enerji sahəsində lider olan dövlətiniz gələcəkdə də sülh və rifah məsələlərində – yalnız regionda deyil, bütün dünyada – lider olmağa davam etsin”, - deyə o bildirib.
E. İbrahimoviç qeyd edib ki, Azərbaycan və Monteneqro birgə fəaliyyət üçün böyük potensiala malikdir və onun bu günkü səfəri bunun əyani sübutudur.
O vurğulayıb ki, prezidentlərin, baş nazirlərin və hökumət üzvlərinin səfərləri ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verir.
“Azərbaycan və Monteneqro arasında əməkdaşlıq potensialı olduqca böyükdür və qarşılıqlı maraq doğurur”, - deyə E. İbrahimoviç bildirib.