Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Ceyhun Bayramov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb

    8 Sentyabr 2025 14:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.

    Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

    Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb.

    Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb.

    Orta Dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər, dost və qardaş Mərkəzi Asiya ölkələri ilə həmçinin Azərbaycanın strateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.

    Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub.

    Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara Dəniz Enerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Ceyhun Bayramov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb
    Ceyhun Bayramov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb
    Ceyhun Bayramov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb
    #Ermənistan #Naxçıvan #Azərbaycan XİN #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Orta Dəhliz #Mərkəzi Asiya #XİN #Azərbaycan-Ermənistan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

    20 Dekabr 2025 16:03

    Monteneqro Vaşinqtonda əldə olunmuş razılaşmaları aqlışlayır - Ervin İbrahimoviç

    20 Dekabr 2025 15:23

    Erməni lobbisinin revanşist strategiyası: post-münaqişə dövründə sülh gündəliyinə qarşı sistemli təzyiqlər

    20 Dekabr 2025 14:58

    ”Azərbaycan və Monteneqro arasındakı münasibətlər konkret nəticələrə və birgə işə əsaslanır” — Ervin İbrahimoviç

    20 Dekabr 2025 14:55

    Şərq Şərqdən öyrənəndə: Çin modeli Mərkəzi Asiyanın aynasında

    20 Dekabr 2025 14:23

    Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov

    20 Dekabr 2025 13:59

    Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik - Monteneqro XİN

    20 Dekabr 2025 13:46

    Azərbaycan və Monteneqro beynəlxalq təşkilatlarda bir-birinə dəstək olur - Nazir

    20 Dekabr 2025 13:40

    Azərbaycan Monteneqro iqtisadiyyatına 1 milyard ABŞ dollarına yaxın investisiya yatırıb - Ceyhun Bayramov

    20 Dekabr 2025 13:30

    Bakıda Azərbaycan və Monteneqro xarici işlər nazirlərinin mətbuat konfransı keçirilir

    20 Dekabr 2025 13:29

    Azərbaycan və Monteneqro arasında Anlaşma Memorandumu imzalanıb

    20 Dekabr 2025 12:39

    Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib

    20 Dekabr 2025 12:38
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qırğızıstana xalça ixracı 19 milyon dolları keçib (ÖZƏL)

    Bakıda yanğın baş verib

    Türkiyənin Ambarlı limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Beyrut və Tehran arasında yeni və daha gərgin mərhələ

    Yuxuda qurd südü içənlər nəyə diqqət etməlidir?

    Post-həqiqət dövründə siyasi marketinq: Donald Tramp nümunəsi

    Antisemitizm İsrailə nə qazandırdı?

    Bu gün Pan Am 103 saylı reys Şotlandiya üzərində partladıldı- hadisə necə baş verdi?

    Tarixdə bu gün – 21 Dekabr

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.