BAKI,AzerVoice
Şuşa forumu dialoq və müzakirələr üçün vacib platformaya çevriləcək.
Bu barədə AzerVoice-ə Cənubi Afrikanın “Mail and Guardian” (M&G) gündəlik qəzetinin baş direktoru Tembisa Fakude “Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu ərəfəsində söyləyib.
Fakude forumda müxtəlif ölkələrdən jurnalistlərin və akademiklərin iştirak edəcəyini əsas gətirərək, onun çox maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib:
“Mən forumun başlamasını səbirsizliklə gözləyirəm, ələlxüsus da ticarət və siyasət sahəsində - dünyada qeyri-sabit vəziyyətin sürməsi fonunda. Düşünürəm ki, bizi maraqlı diskussiyalar və fikir mübadilələri gözləyir".
Qeyd edək ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir. Forum iştirakçıları arasında xarciri media nümayəndələri ilə yanaşı Azərbaycan KİV nümayəndələri, ekspertlər və rəsmi şəxslər də yer alır.
Açılış mərasimindən sonra forum işini sessiyalarla davam etdirəcək.
Forum iyulun 21-ə kimi davam edəcək.