BAKI, AzerVoice, Fərid Mikayılov
Azərbaycan təmsilçisi Qarabağ bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın Ferentsvaroş klubu ilə qarşılaşacaq.
AzerVoice xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da Budapeştdəki “Groupama Arena” stadionunda keçiriləcək.
Matçı Portuqaliyadan olan hakimlər heyəti idarə edəcək.
Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Xatırladaq ki, tərəflər 2022-ci ildə də üz-üzə gəlib. Həmin vaxt Bakıda keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatmış, cavab görüşündə isə Qarabağ Budapeştdə rəqibini 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.