Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib - Bako Sahakyanın ibtidai istintaqa ifadəsi

    29 Avqust 2025 18:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avqustun 29-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

    AzerVoice-un məlumatına görə, təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nda “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayında atəşkəs elan olunan dövrədək aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təminatında iştirak edib.

    Bako Sahakyan 2015-2020-ci illərdə Şuşa şəhərində olan “S-300” raket kompleksini Ermənistanın Müdafiə Nazirliyinin göndərdiyini deyib.

    Onun ifadəsində göstərilib ki, ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki və sonrakı dövrlərdə silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkənin dövlət büdcəsi hesabına təmin olunub.

    Bako Sahakyan ifadəsində bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qondarma rejimin "müdafiə nazirliyi”ni silah-sursat və digər hərbi təminatla təchiz edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

    #Azərbaycan #Qarabağ #Ermənistan #Şuşa #məhkəmə #Məhkəmə prosesi #Bakı Hərbi Məhkəməsi #Bako Sahakyan #təqsirləndirilən şəxs #ibtidai istintaq #ifadə #döyüş əməliyyatları #S-300 raket kompleksi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mehdiyev Ramiz haqqında məhkəmə qərar qəbul edib

    14 Oktyabr 2025 22:14

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    14 Oktyabr 2025 21:33

    Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib

    14 Oktyabr 2025 14:54

    Dövlət Vergi Xidməti yeni xidmət istifadəyə verib

    14 Oktyabr 2025 13:54

    Pakistan Prezidenti Sahibə Qafarova və Numan Kurtulmuşu qəbul edib

    14 Oktyabr 2025 10:00

    Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açılıb

    14 Oktyabr 2025 09:24

    Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü keçirilir

    13 Oktyabr 2025 10:32

    Ermənilərin Gəncəyə dördüncü qanlı raket hücumundan beş il ötür (FOTO)

    11 Oktyabr 2025 00:18

    Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əsirlərə işgəncə verməsi ilə bağlı sübutlar məhkəmədə nümayiş etdirilib

    10 Oktyabr 2025 20:30

    Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul ediləcək

    10 Oktyabr 2025 13:34

    Azərbaycan millisi Fransa ilə qarşılaşacaq

    10 Oktyabr 2025 10:14

    Rusiya Prezidenti Azərbaycanla münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvardır

    9 Oktyabr 2025 17:10
    Demo
    XƏBƏR LENTİ

    Aİ-nın rəsmi sənədindəki Şimali Kipr Türk Respublikası ifadəsi Yunanıstanda narazılıq yaradıb

    BƏƏ Türkiyəyə 1 milyard dollarlıq investisiya qoyacaq

    Bu gün rəqqasə və casus Mata Hari güllələnib

    Zəfər xronikası. 15 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib

    Zəfər xronikası. 15 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib

    Zəfər xronikası. 15 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib

    44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr

    Tarixdə bu gün - 15 oktyabr

    İsrail atəşkəsi pozub

    Mehdiyev Ramiz haqqında məhkəmə qərar qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.