Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl
Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa
çatıb.
AzerVoice xəbər verir ki, hər iki ölkənin
Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin
birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz
Rzayev və digər rəsmi şəxslər yola saldılar.